• $
  • €
  • ₽
  • ₺
  • £

Ruslan Əliyev jurnalistlər üçün yeni layihəyə start verdi

Ruslan Əliyev jurnalistlər üçün yeni layihəyə start verdi
19.10.2021 17:22
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev media ilə əlaqələrin daha səmərəli və daha məhsuldar qurulması üçün "Açıq qapı” aksiyasına start verir.

Anews.az-ın "Azəriqaz”a istinadən verdiyi məlumata görə, hər həftənin 5-ci günü, saat 10:00-dan 12:00-a qədər istənilən mətbuat nümayəndəsinə suallarına cavab almaq imkanı yaradılacaq.

Burada əsas məqsəd, yanlış məlumatların cəmiyyətə inteqrasiyasının qarşısını almaq, ictimai fikrin çaşdırılmasına imkan verməməkdir.

Baş direktor bildirib ki, dəqiqləşdirilməmiş, heç bir fakta söykənməyən xəbərlərin dövriyyəyə buraxılması olduqca təhlükəli tendensiyadır və jurnalistikanın qızıl qaydalarına tamamilə ziddir: "Təəccüblü olan budur ki, dezinformasiyaları dövriyyəyə buraxanlar, üstəlik buna açıqlama da istəyirlər. Və yalnış xəbərlərə verilən istənilən cavabın təhrif olunması, konteksdən çıxarılma ehtimalı da olduqca böyük olur. Nəticə etibarilə bütün bunlar yanlış təsəvvürün formalaşmasına xidmət edir”.

Artıq bu həftənin 5-ci günündən baş tutacaq "Açıq qapı” adına adekvat olaraq hər bir media nümayəndəsinin üzünə açıq olacaq. Aksiya "Azəriqaz”ın inzibati binasında təşkil olunacaq.


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol