• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistan MN öz ombudsmanının iddialarını yalanladı

Ermənistan MN öz ombudsmanının iddialarını yalanladı
19.10.2021 18:27
Ermənistanın Müdafiə Nazirliyi ölkənin ombudsmanı Arman Tatoyanın Azərbaycanla bağlı bəyanatının həqiqətə uyğun olmadığını açıqlayıb.

"Qafqazinfo” "Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Ermənistanın Müdafiə Nazirliyi ombudsmanın "Qeqarkunik vilayətinə daxil olan Azərbaycan Silahlı Qüvvələrinin fəal olaraq öz mövqelərini möhkəmləndirməsi və digər mühəndis işlərinin aparılması” ilə bağlı öz feysbuk hesabında yaydığı məlumatda bir sıra qeyri-dəqiq məqamların olduğunu deyib.

Bununla yanaşı, Ermənistanın Müdafiə Nazirliyi sözügedən məlumatda azərbaycanlıların böyük sığınacaqlar inşa etməsi, odun ehtiyatları yığması və yolların çəkilməsi ilə bağlı məqamları açıq-aydın şişirdilmiş adlandırıb.

"Hazırda Azərbaycan Silahlı Qüvvələri aktiv mühəndis işləri aparmır, böyük sığınacaqlar və yaxud yeni yollar inşa edilmir. Bununla yanaşı, belə bir işlə bağlı cəhdlər Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən uğurla alınır”, - deyə Nazirliyin məlumatında qeyd olunub. 
Ermənistanın Müdafiə Nazirliyi, həmçinin azərbaycanlı hərbçilərin və silahların sayının artırılması barədə məlumatları da təsdiq etməyib. 
Qeyd edək ki, yuxarıda qeyd edilən iddiaları Ermənistanın ombudsmanı oktyabrın 18-i paylaşıb.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol