Koronavirusdan öldüyü deyilən 1-ci sinif şagirdinin anası danışdı - VİDEO

Sosial şəbəkələrdə Sabunçunun, Kürdəxanı qəsəbəsində yerləşən 39 saylı Ağdam tam orta məktəbinin 1-ci sinif şagirdi Renat Quliyevin koronavirusdan vəfat etməsi ilə bağlı xəbərlərə azyaşlının anası və müəllimləri münsaibət bildirib.
Məktəbdən bildirilib ki, R. Quliyev sonuncu dəfə sentyabrın 28-də dərsə gəlib.
Vəfat edən azyaşlının anası Aygün Quliyevanın sözlərinə görə, oğlunun koronavirusdan dünyasını dəyişməsi barədə yayılan məlumatlar doğru deyil. O deyir ki, ölümündən əvvəl oğlunun bədənində səpkilər, üzündə isə şişlər əmələ gəlib:
"Övladım ürək-damar çatışmazlığına görə dünyasını dəyişdi. Mənim uşağımda koronavirus aşkarlanmayıb, sadəcə qanı aşağı olub”,- deyə anası əlavə edib.
TƏBİB də birinci sinif şagirdinin vəfatı ilə bağlı açıqlama yayıb. Məlumatda bildirilir ki, Elmi-Tədqiqat Pediatriya İnstitutuna gətirilən R. Quliyev ''MisC" xəstəliyindən, uşaqlarda multisistem iltihab sindromundan vəfat edib. O, xəstəxanaya yüksək hərarətlə, halsızlıq və nəfəs çatışmazlığı ilə daxil olub.
www.anews.az
























