• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda "Rebuild Karabakh" sərgisi keçirilir

Bakıda "Rebuild Karabakh" sərgisi keçirilir
20.10.2021 11:27
Bu gün Bakı Ekspo Mərkəzində 26-cı Azərbaycan Beynəlxalq İnşaat Sərgisi ("BakuBuild-2021"), 13-cü Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu Sərgisi ("Aquatherm Baku-2021") və 1-ci Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisi ("Rebuild Karabakh-2021") sərgiləri işə başlayıb.

Oktyabrın 22-nə qədər davam edəcək sərgilərdə 17 ölkədən 2 079 şirkət iştirak edir.

"BakuBuild” 2021 sərgisində Azərbaycan, İtaliya, Qazaxıstan, Rusiya, Türkiyə və digər ölkələri təmsil edən şirkətlər tikinti-inşaat sənayesi üçün innovativ texnologiya və avadanlıqları - inşaat və izolyasiya materialları, boya, lak və örtüklər və s. bu kimi məhsulları nümayiş etdirir. Təqdim olunan sektorlar arasında: Borular və boru xətləri, çilerlər, istilik sistemləri, hava kondisionerləri, termoizolyasiya, radiatorlar və s. yer alıb.

"Aquatherm Baku-2021" sərgisi isə Azərbaycan, Rusiya, Türkiyə və bir sıra digər ölkələri təmsil edən şirkətləri bir araya gətirib. Sərgi şirkətlərin və dövlət qurumlarının nümayəndələri arasında dialoq üçün ünsiyyət platformasının yaradılmasına lazimi şərait yaradacaq.

"Rebuild Karabakh” sərgisi isə işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması prosesinin effektivliyini artırmaq, bu istiqamətdə özəl-dövlət tərəfdaşlığını möhkəmləndirmək, bölgənin inkişafı üçün ən cəlbedici və səmərəli məhsul, layihə və həlləri nümayiş etdirmək məqsədilə təşkil olunub.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol