• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir “Xudafərin” SES-in inşasının tamamlanma vaxtını AÇIQLADI

Nazir “Xudafərin” SES-in inşasının tamamlanma vaxtını AÇIQLADI
20.10.2021 12:44
"Xudafərin” və "Qız Qalası” Su Elektrik Stansiyasının (SES) inşasının 2024-cü ilədək tamamlanması planlaşdırılır.

Bunu energetika naziri Pərviz Şahbazov "Respublika” qəzetində dərc olunmuş "Azərbaycan energetikasının yeni dövrü Qarabağ və Şərqi Zəngəzurdan başlayır” adlı məqaləsində qeyd edib.

Pərviz Şahbazovun sözlərinə görə, dayanıqlı enerji təminatı üçün böyük potensiala malik "Xudafərin”, "Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyaları layihələrinin icrası davam edir:

""Xudafərin" və "Qız Qalası" hidroqovşaqlarına aid bəndlərin tikintisi tamamlanıb. Hazırda hər iki su elektrik stansiyanın qurğu və avadanlıqlarının alınıb quraşdırılması, həmçinin tikintiyə çəkilmiş xərclərin, dəymiş ziyanın həcminin hesablanması ilə bağlı müzakirələr davam etdirilir. Ümumi qoyuluş gücü 200 MVt olan "Xudafərin” və 80 MVt gücündə "Qız Qalası” su elektrik stansiyalarının inşasının 2024-cü ilədək tamamlanması planlaşdırılır. Hələ Vətən müharibəsi ərəfəsində ərazilərimizin işğaldan azad olunacağına böyük ümumxalq inamının rəmzinə çevrilmiş bu layihələrin reallaşması təkcə Azərbaycana illik 358 mln. kVt·st elektrik enerjisi istehsalı, mövcud 252 min hektar torpaq sahəsi üzrə suvarmanın yaxşılaşdırılması və 12 min hektar yeni əkin sahələrinin suvarılması imkanı yaradacaqdır", - deyə nazir əlavə edib. 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol