• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” ən böyük Azərbaycandilli səsli kitabxanaya dəstəyini davam etdirir

“Nar” ən böyük Azərbaycandilli səsli kitabxanaya dəstəyini davam etdirir
20.10.2021 15:26
"Nar”ın dəstəyi ilə ölkənin ən böyük səsli ədəbiyyat kitabxanası olan "Canlı kitab” layihəsi davam edir. "Radio Antenn" 101 FM-lə birgə hazırlanan layihə çərçivəsində indiyədək dünya və Azərbaycan ədəbiyyatından 39 müəllifin 329 əsəri ana dilimizdə audiokitab şəklində "YouTube” kanalında yerləşdirilib. Müxtəlif janrlarda və həcmlərdə olan bədii əsərləri "Canlı kitab” kanalında "Nar”ın yüksəksürətli interneti vasitəsilə istənilən yerdən rahatlıqla dinləmək olar. 

Layihə həftənin şənbə və bazar günləri saat 12:00-dan 14:00-dək "Radio Antenn” 101 FM dalğasında, eyni zamanda radionun və "Canlı kitab” verilişinin rəsmi "Facebook” səhifələrində canlı yayımlanır, daha sonra antenn.az və "YouTube” səhifəsində yerləşdirilir. 

Qeyd ed’k ki, layihənin məqsədi mütaliəni hər kəs, o cümlədən, görmə məhdudiyyətli şəxslər üçün  daha əlçatan etməkdir. Layihə çərçivəsində əsərlərin toplandığı elektron daşıyıcıların görmə qabiliyyətini itirmiş və görmə qabiliyyəti zəif olan insanlara  paylanması nəzərdə tutulur. 

"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. "Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 91%-ni əhatə edir və 8780-dan artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən "Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan "P3 Communications” keçirib və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanıb. 



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol