• $
  • €
  • ₽
  • ₺
  • £

Gürcüstanda azərbaycan dilli məktəblərin sayı azalıb

Gürcüstanda azərbaycan dilli məktəblərin sayı azalıb
20.10.2021 21:44
2021-ci ildə Gürcüstanda azərbaycandilli və Azərbaycan bölməsinin olduğu məktəblərin sayı 2020-ci illə müqayisədə 119-dan  116-a kimi azalıb. Bu barədə "Report”un yerli bürosunun sorğusuna cavab olaraq Gürcüstanın Təhsil və Elm Nazirliyinin Təhsilin İdarəolunması üzrə İnformasiya Sistemi Mərkəzindən bildirilib.
 
Gürcüstanda tədrisin Azərbaycan dilində aparıldığı orta təhsil müəssisələrinin 104-ü Kvemo Kartli, 9-u Kaxeti bölgəsi, 3-ü isə Tbilisidə yerləşir.

Gürcüstanda Azərbaycan dilli məktəblərin bağlanmasına münasibət bildirən millət vəkili Etibar Əliyev Anews.az-a bildirib ki, məktəblərin bağlanması yaxşı hal deyil.  "İndiki vəziyyətdə məktəblər COVİD-19 pandemiyası, o cümlədən şagird və müəllim heyətinin az olması səbəbindən bağlana bilər. Buna baxmayaraq məktəbdə 4-5 şagird də qalsa belə məktəbin təhsil müəssisəsi  bağlanmamalıdır. Məktəblərin bağlanması yolverilməzdir. Məktəb o halda bağlana bilər ki, məktəbdə bir nəfər də olsa şagird və müəllim olmasın. Gürcüstandakı kəndlərlə əlaqəm var və bilirəm ki, kəndlər tam boşalmayıb",  -  deyə millət vəkili vurğulayıb. .

Azərbaycan Təhsil Nazirliyi 2021-2022-ci tədris ili üçün Gürcüstandakı azərbaycandilli məktəblərə dərsliklər və metodik vəsait göndərib. 21 adda 17.848 ədəd "Ana dili" və "Ədəbiyyat" dərsliyi çatdırılıb. Dərslik və metodik vəsaitlər Gürcüstanın Təhsil və Elm nazirliyi tərəfindən azərbaycandilli məktəblərə paylanıb.
 
Gürcüstanda Azərbaycan dilli məktəb sonuncu dəfə 2021-ci il martın 22-də qeydə alınıb.

Aytac Zeynalova

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol