• $
  • €
  • ₽
  • ₺
  • £

“Range Rover”lə 4 nəfərin ölümünə səbəb olsa da, özünü təqsirli bilmir

“Range Rover”lə 4 nəfərin ölümünə səbəb olsa da, özünü təqsirli bilmir
20.10.2021 19:49
Novxanı-Sumqayıt yolunda avtomobillə qəza törədək, dörd nəfərin ölümünə səbəb olan iş adamı, "Əlincə” futbol klubunun prezidenti Elşad Kəlbəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Qafqazinfo” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən iclasda prokuror ittiham aktını elan edib.

İttihamda göstərilib ki, 14 iyun 2021-ci ildə Binəqədi rayonunun Novxanı bağlar sahəsində E.Kəlbəliyev sərxoş vəziyyətdə idarə etdiyi "Range Rover” markalı avtomobillə yol hərəkəti qaydalarını kobud şəkildə pozub.

Yorğun və əzgin vəziyyətdə qaydalara əməl etməyərək, qarşısını almaq imkanı olduğu halda sağlamlığa ağır zərər vurmaqla və avtomobilə maddi ziyan vurmaqla Cinayət Məcəlləsinin 263.1.4-cü  (ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olma) maddəsinin tələblərini pozub.

Nəticədə E.Kəlbəliyevin idarə etdiyi avtomobillə Bakı şəhər sakini Murad Ziyadovun idarə etdiyi "Daewoo Damas” markalı avtomobillər toqquşub. E.Kəlbəliyev "Daewoo Damas” markalı avtomobildə olan Bakı şəhər sakinkəri Murad Ziyadov, Kamran Əhmədov, Elman Şıxəliyev və Tovuz rayon sakini Yunis Mürsəlovun sağlamlığına ehtiyatsızlıqdan ağır zərər vurmaqla onların ölümünə səbəb olub.
Elşad Kəlbəliyev elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib.
Tərəflər əvvəlcə zərərçəkmiş şəxslərin hüquqi varislərinin dindirilməsi barədə razılığa gəliblər.

Növbəti məhkəmə baxışı noyabrın 5-ə təyin olunub.
Qeyd edək ki, E.Kəlbəliyev "Qurtuluş 93” yaşayış kompleksinin sahibi Məhərrəm Novruzovun kürəkənidir. O, hadisədən sonra istintaqa cəlb edilərək həbs olunub. Hadisədə ölən şəxslərin hüquqi varisləri E.Kəlbəliyevlə barışıblar.

Xatırladaq ki, ailə bu hadisədən bir ay keçməmiş daha bir qəza xəbəri ilə gündəmə gəlib. Belə ki, iyulun 5-də Məhərrəm Novruzovun həyat yoldaşı, E.Kəlbəliyevin qayınanası Gülnar Hüseynova da "Mercedes Galandewagen”lə Abşeronda qəza törədib, nəticədə iki nəfər yaralanıb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol