Bərdədə hamilə qadın əməliyyatdan sonra öldü

Bərdədə hamilə qadın əməliyyatdan sonra ölüb.
Rayonun Dalğalar kənd sakini 31 yaşlı Hüseynova Naibə Mürvət qızı dünən Bərdə Mərkəzi Xəstəxanasının doğum şöbəsinə yerləşdirilib. Bir neçə həftəlik hamiləliyi olan qadının səhhətində problemlər yaranıb.
Naibə Hüseynova bu gün səhər saatlarında xəstəxanada vəfat edib.
www.anews.az
























