• $
  • €
  • ₽
  • ₺
  • £

Pambıqçılıqla bağlı yeni LAYİHƏ

Pambıqçılıqla bağlı yeni LAYİHƏ
21.10.2021 21:00
Kənd Təsərrüfatı Nazirliyi və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) birgə təşkilatçılığı ilə "Pambıq istehsalında torpaq, qida maddələri və suyun idarə edilməsi sahəsində qabaqcıl kənd təsərrüfatı təcrübələrinin gücləndirilməsi” layihəsinin təqdimat mərasimi keçirilib.
 
Tədbirdə Kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov, Nazirliyin Aparatı və tabeli qurumlarının əməkdaşları, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin nümayəndələri, pambıqçı fermerlər, pambıq emalı müəssisələri iştirak ediblər. 
 
Tədbiri giriş sözü ilə açan Kənd təsərrüfat nazirinin müavini Sarvan Cəfərov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Azərbaycanda pambıqçılığın inkişafı istiqamətində kompleks tədbirlər həyata keçirilir. Aqrar sahənin ən mühüm istiqamətlərindən birinin pambıqçılıq sahəsi olduğunu deyən nazir müavini əlavə edib ki, dövlət dəstəyi pambıqçılığın sürətli inkişafı üçün qısa müddətdə əlverişli şərait yaradıb. Sarvan Cəfərov pambıqçılığın inkişafı ilə bağlı  Kənd Təsərrüfatı Nazirliyi ilə AEBA arasında əməkdaşlığa da toxunub. 
 
Tədbirdə çıxış edən Nüvə texnologiyasının tətbiqi üzrə FAO-AEBA Mərkəzinin direktoru Qu Liangpambıqçılıqda torpaq, qida maddələri və suyun səmərəli idarə olunmasının əhəmiyyətindən bəhs edib və iqlim dəyişikliyinin mənfi təsirlərindən yayınmaq üçün resursların səmərəli idarə olunmasının zəruri olduğunu vurğulayıb. Nazirliyin Bitkiçiliyin təşkili və monitorinq şöbəsinin müdiri İmran Cümşüdov, Aqrar Kredit və İnkişaf Agentliyinin direktoru Seymur Mövlayevdövlət dəstəyi və ardıcıl həyata keçirilən tədbirlər nəticəsində bu sahədə inkişaf tempinin davam etdiyini vurğulayıblar. Qeyd olunub ki, AEBA-nın maliyyə dəstəyi ilə həyata keçirilən layihələr əlverişsiz mühit amillərinə qarşı davamlı pambıq sortlarının yaradılmasında əhəmiyyətli rol oynayır. AEBA-nın layihə koordinatoru Nəzakət İsmayılzadə "Azərbaycanda pambıqçılığın vəziyyəti: qabaqcıl kənd təsərrüfatı metodlarının tətbiqi” mövzusunda çıxış edərək mövcud resurslar, ənənəvi becərmə texnologiyaları və iqlim dəyişikliyi fonunda qabaqcıl kənd təsərrüfatı metodlarının tətbiqinin zəruriliyinə toxunub. 
 
Daha sonra  "Nüvə texnologiyası və aidiyyəti metodlardan istifadə etməklə mutant seleksiya və torpaq, su və qida maddələrinin səmərəli idarə edilməsi ilə Azərbaycanda pambıqçılığın dayanıqlı inkişafına dair strateji məsləhətləşmə” mövzusunda müzakirələr aparılıb. Yüksək məhsuldarlıqla yanaşı, xəstəliklərə, quraqlığa dözümlü sortların yaradılmasının vacib olduğunu vurğulayan tədbir iştirakçıları pambıqçılığın inkişafı ilə bağlı qabaqcıl təcrübələrin tətbiqinin mühüm əhəmiyyət kəsb etdiyini qeyd ediblər. 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol