• $
  • €
  • ₽
  • ₺
  • £

Builki büdcənin 43 faizi təqaüd, müavinət, dərman və ərzağa XƏRCLƏNİB

Builki büdcənin 43 faizi təqaüd, müavinət, dərman və ərzağa XƏRCLƏNİB
21.10.2021 23:30
2021-ci ilin doqquz ayı ərzində dövlət büdcəsinin xərcləri 19657,5 mln. manat proqnoza qarşı 17711,9 mln. manat və ya 90,1 faiz icra edilib.
 
Maliyyə Nazirliyindən verilən məlumata görə, dövlət büdcəsi xərclərinin 11476,4 mln. manatı və ya 64,8 faizi cari xərclərə, 4722,0 mln. manatı və ya 26,7 faizi əsaslı xərclərə, 1513,5 mln. manatı  və ya 8,5 faizi  dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə  yönəldilib.
 
Cari ilin doqquz ayında sosialyönümlü xərclər (iqtisadi təsnifata uyğun olaraq əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) dövlət büdcəsinin faktiki xərclərinin 43,2 faizini təşkil etməklə 7655,2 mln. manat məbləğində icra olunub. Ötən ilin eyni dövrü üzrə həmin xərc əmaliyyatlarını 483,5 mln. manat və ya 6,7 faiz üstələyib.
 
2021-ci ilin doqquz ayı ərzində büdcə təşkilatlarının təqdim etdikləri xərc sifarişləri üzrə xəzinədarlıq orqanları tərəfindən qəbul edilmiş öhdəliklər tam və vaxtında maliyyələşdirilib.
 
Cari ilin doqquz ayında dövlət büdcəsində 159,7 mln. manat məbləğində profisit yaranıb.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol