• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda boşanmaların sayı son 1 ildə 17% artıb - RƏSMİ

Azərbaycanda boşanmaların sayı son 1 ildə 17% artıb - RƏSMİ
25.10.2021 12:08
Azərbaycanda boşanma halları 2021-ci ilin yanvar-avqustunda ötən ilin eyni dövrü ilə müqayisədə 9.692-dən 11.313-ə kimi artıb. Bu barədə
Dövlət Statistika Komitəsi məlumat Ədliyyə Nazirliyinə istinadən məlumat yayıb.
 
Əksər ölkələrdə boşanma üçün Məhkəmə və ya digər rəsmi orqanın qərarı tələb olunur. Bizim ölkədə isə məhkəmə qaydasında nikahın pozulması  Azərbaycan Respublikasının Ailə Məcəlləsinin tələbləri əsasında həyata keçirilir.
    
Müsahibimiz Sevinc Məmmədovanın  25 yaşı var. Amma o artıq uğursuz ailə həyatı qurmağın acısını dadıb. Sevinc Məmmədova deyir ki,  sabiq həyat yoldaşı ilə sevgi əsasında ailə qurublar. Lakin, bir müddətdən  sonra ərinin ailəsinə diqqət göstərmədiyini, yad bir qadınla münasibətdə olduğunu bilib və boşanmağa qərar verib.
 
Sosioloq  Sahib  Altay  nikahın pozulmasını reallaşdıran səbəblərin çox olduğunu əsas götürərək adamların əksər hallarda primitiv səbəblərdən boşandığını deyir.
 
"Toplumsal dəyərlər dəyişdikcə ailəni qoruyan və onun kökündə dayanan amillər də zəifləməyə başlayır, dəyərlər başqa istiqamətdə inkşaf edir. Buna da bir sıra amillər təsir göstərir. İndiki dövrdə insanların bir-birinə qarşı çox səbrsiz davranmaları, tərəflər arasında anlaşılmazlıq, qadınların öz hüquqlarını tələb etməsi, sosial rifahın aşağı səviyyədə olması bir sıra problemlərə yol açır və boşanmalara səbəb olur.  Bu vəziyyətin  kütləvi hal alması bir sıra neqativliklərə gətirib çıxarır”.
 
"Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova boşanmaların son bir ildə artmasını  pandemiya, psixoloji gərginliklər, sosial problemlər, tələsik evlilik qərarı, tərəflərin bir-birini o qədər də yaxşı tanımaması, qadının ailədə  az üstünlüyü, şəxsi evin olmaması, tərəflərin bir-birindən şübhələnməsi, səbrsiz olmaları və s. ilə bağlı olduğunu deyir.
 
"Son beş ildə boşanma ilə  bağlı tendensiyaların artması artıq zəmin yaradır ki, SOS siqnalı işə düşsün. Həm müxtəlif dövlət qurumları, həm də QHT-lər hər yerdə bununla bağlı narahatlıqlarını ifadə edirlər. Buna görə də QHT-lərə dəstək mərkəzlərinin yaradılmasına çox böyük ehtiyac var. Bütün rayonlarda ailələr üçün də bu cür dəstək mərkəzlərinin yaradılmasını zəruri hesab edirəm. Ailələrə psixoloji dəstək, habelə, pulsuz olunan yardımlarla bağlı məsələlər  də müzakirə olunmalıdır. Bizə müraciət edən əksər xanımlar məhz zorakılığa məruz qalanlardır. "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi olaraq bizə müraciət edən tərəflərə, ailənin digər üzvlərinə psixoloji dəstək göstəririk, eyni zamanda yerli icra hakimiyyətlərindən həmin ailələrin problemləri ilə maraqlanmalarını da xahiş edirik”- deyə Zeynalova bildirdi.  
  
Fidan Salmanova


Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol