• $
  • €
  • ₽
  • ₺
  • £

Erməni dilini mükəmməl bilən Vətən Müharibəsi qazisi iş axtarır

Erməni dilini mükəmməl bilən Vətən Müharibəsi qazisi iş axtarır
25.10.2021 15:41
Vətən Müharibəsi qazisi gizir Rafiq Məmmədov ailəsini dolandırmaq üçün taksi sürücüsü işləyir.

Anews.az xəbər verir ki, bu barədə jurnalist İlkin İzzət Bağırov məlumat yayıb.

Jurnalistin taksi sürücüsü ilə bağlı paylaşdığı yazını təqdim edirik:

"Axşam vaxtı idi. Saat 10 olardı. Taksi sifariş verdim. Oturub salamlaşdım, yola çıxdıq. Az sonra sürücünün bəzi yerlərdə naviqatorun göstərdiyi yerlərdən kənara çıxdığını və yolumuzun uzandığını görsəm də, heç bir söz demədim. Nəhayət, sürücü özü dilləndi. Kəkələyə-kələyə və həyəcanla danışırdı:
- Müəllim, bağışlayın! Mən bu gün ilk dəfədir taksidə işə başlamışam. Amma bu sistemdən də hələ başım çıxmır. Ona görə də yolda çaşıram.
- Narahat olmayın. Onsuz da tələsmirəm. Evə gedirəm. 5 dəqiqə gec, 5 dəqiqə tez. Heç nə olmaz. Rahat olun.

- Müəllim, bilirsiz, mən Qarabağ qazisiyəm. Ötən il 44 günlük müharibədə iştirak eləmişəm. Bu gün isə taksidə ilk günümdür, ilk müştərim də sizsiz. Məcbur olmasaydım, taksidə işləməzdim.

Sonra bu qazi-sürücü ilə daha yaxından tanış oluruq. Gizir Raqif Məmmədov. Kəşfiyyatçı olub. Xocavənd, Füzuli, Şuşa istiqamətlərində döyüşüb. Keçən il oktyabrın 12-də Xocavənddə, noyabrın 7-də isə Şuşa yaxınlığında yaralanıb. Birində ayağından, digərində başından. İndi 3-cü qrup əlildir. Dövlət başçısı tərəfindən Füzuli, Xocavənd və Şuşanın azad edilməsinə görə medalları ilə təltif edilib. Bir sıra tədbirlərdə, xüsusən, orta məktəblərdə çıxış edərək döyüş yolundan danışır, vətənpərvərliyi təbliğ edir. (Maraqlanan olsa, Raqif haqqında internetdə kifayət qədər material tapa bilər.)

Deyir dekabrda onu da Türkiyəyə müalicəyə göndərəcəklərini bildiriblər. Diqqət və qayğıdan narazılığı olmasa da, hazırda dövlətdən aldığı pul (400 manatdan bir az çox) ona və ailəsinə çatmır. 3 uşağı var, onları saxlamalıdır. Ona görə də taksiçiliyə başlayıb...

Əsas istəyi işdir. Deyir, özünü və ailəsini normal dolandıra biləcəyi iş istəyir, başqa heç nə. Raqifin dediyinə görə, hərbi xidmətdən əvvəl rayonda, Ağstafada "elektrik” ixtisasına yiyələnib. Bundan əlavə, erməni dilini mükəmməl bilir.

Gizir Raqif Məmmədovla əlaqə üçün telefon nömrəsi: 055-496-90-04
P.S. Bu paylaşım Raqifin özündən ictimailəşdirməyə dair icazə alınaraq edilib”.

Paylaşıma rəy yazan Dövlət Məşğulluq Agentliyinin Strateji Kommunikasiya Departamentinin direktoru Mayıs Musayev bildirib ki, qazi ilə bağlı məlumatları Məşğulluq Marafonuna yönəldir.

Rafiq Şuşa istiqamətində yaralanmasına baxmayaraq, döyüşü davam etdirib. Müharibənin son gününədək döyüş yoldaşları ilə çiyin-çiyinə vuruşub. Qələbəylə bitən 44 günlük savaşda göstərdiyi igidliklərə görə kəşfiyyatçı gizir "Füzulinin azad olunmasına”, "Xocavəndin azad olunmasına” və "Şuşanın azad olunmasına” görə medalları ilə təltif edilib

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol