• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirliyin qarşısında insidentlə bağlı - Rəsmi açıqlama

Nazirliyin qarşısında insidentlə bağlı - Rəsmi açıqlama
25.10.2021 18:54
Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşısında insident baş verib. Əlillik təyinatı ilə bağlı etiraz edən şəxs ətrafı yandırmağa çalışıb.

"Qafqazinfo” xəbər verir ki, məsələ barədə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin şöbə müdiri Tural Qurbanov sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, nazirliyin qarşısına gələrək ona təkrar əlillik təyin edilmədiyinə görə narazılıq bildirən Bakı şəhər sakini Miriyeva Dilarə Qəzənfər qızı əslində əlil olmadığı halda altı ildə dövlətdən pensiya formasında 12 800 manat (sonuncu aylıq məbləği 260 manat) vəsait əldə edib:

"2021-ci ilin iyunun 9-da əlillik müddəti bitən D.Miriyeva barədə tibb müəssisəsi tərəfindən e-sistemə daxil edilən göndəriş (forma 88) əsasında onun əlilliyi təkrar qiymətləndirilib.

Göndərişdəki diaqnozun əlillik təyinatına əsas vermədiyi müəyyən olunub və əlillik təyin edilməyib.

Bununla razılaşmayan D.Miriyevanın müraciəti nəzərə alınaraq oktyabrın 7-də həkim-ekspertlər tərəfindən onun əyani müayinəsi aparılıb.
Lakin müayinə zamanı da D.Miriyevanın hazırkı vəziyyətinin əlillik səviyyəsində olmadığı bir daha təsdiqini tapıb və əlillik təyinatından imtina edilməsinə dair qərar qüvvədə saxlanılıb.

Belə olan halda D.Miriyeva sağlamlıq vəziyyəti əlillik təyin olunmasına əsas yaratmasa da, ona əlillik və pensiya təyin edilməsini tələb etməyə başlayıb.

Nazirlik qarşısında ətrafı yandırmaq cəhdinə isə hüquqi qiymət veriləcək”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol