• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda bağçada müdir müəllimləri COVID-19 testi verməyə icazə vermir? - İDDİA

Bakıda bağçada müdir müəllimləri COVID-19 testi verməyə icazə vermir? - İDDİA
28.10.2021 11:12
Bakının Suraxanı rayonu Zığ qəsəbəsi 331 saylı bağçada uşaq və müəllimlər arasında koronavirus infeksiyasına yoluxma halları aşkarlansa da bağçada bununla bağlı heç bir tədbir görülmür, bu barədə anews.az-a məlumat etibarlı mənbədən  daxil olub. 


"Bağçanın müdiri Kəmalə Feyziveya koronavirusa yoluxan müəllimlərə COVID-19 testi verməyə icazə vermir. Səbəb isə bağçanın bağlanma təhlükəsinin olmasını göstərir. Hazırda bağçada uşaq və müəllimlər arasında yenidən yoluxma faktı qeydə alınıb.  Hətta bağçanın müdiri yoluxma halını gizlətmək üçün koronavirusa yoluxmuş uşağın bağçada olduğu tarixləri jurnalda dəyişdirib ", - deyə mənbə bildirir.
 
Məsələ ilə bağlı Suraxanı rayonu Zığ qəsəbəsi 331 saylı bağçanın müdiri Kəmalə Feyziyeva ilə əlaqə saxladıq. Kəmalə Feyziyeva bildirdi ki, bağçamızda qeydiyyatda olan uşaq oktyabrın 15-dən bağçaya gəlmir, ayın 22-si koronavirusa yoluxub.
 
"Bu barədə  Suraxanının Gigiyena və Epidemiologiya Mərkəzindən də məlumat ala bilərsiniz. Müəllimlər arasında yoluxma olmayıb,çünki pandemiya vaxtı biz evdə qaldığımız zaman demək olar ki, müəllimlərimizin çoxu bu virusa yoluxub və sağalıb. Bağçalar açılanda 2 müəllimdə qızdırma halı müşahidə olundu. Mən onları 1 aylıq icazə ilə göndərdim ki, sağalıb qayıdın ki, uşaqlar üçün təhlükə olmasın", - deyə müdirə əlavə etdi. 
 
Müdirin dediyi kimi oktyabrın 15-də koronavirusa yoluxan uşağın valideyni ilə danışdıq. O bildirdi ki, uşağı 1 həftədir baxçaya getmir və virus uşağına nənəsindən  keçib. Uşaq hazırda evdə müalicə alır. 
 
Həkim-infeksionist Nicat Əzimli bu cür halların çox olduğu deyir.
 
"Mənə bu cür suallar koronavirusa yoluxmuş şəxslər tərəfindən tez-tez verilir. Bildirilir ki, işlədiyi halda müdriyyət ona test verməyə icazə vermir. Səbəb isə 14 gün müddətində evdə qalması və işə getməməsi  göstərilir. Bu səhv yanaşmadır. Belə hallarda müəssisə rəhbərləri anlamalıdır ki, həmin şəxslər yoluxmanı ətrafa yayaraq daha da təhlükəli ortam yarada bilər. Virus olduğu halda işə gəlməsi birbaşa işin özünə də mənfi təsir edə bilər. İşçi qanunla həmin iş yerində ştatdadırsa,əmək müqaviləsi varsa hər bir halda öz haqqını tələb edə bilər. Aidiyyatı üzrə müraciət edə bilər. Bir müəssisədə COVID-19 halı aşkarlanıbsa orada Nazirlər Kabinetinin qəbul etdiyi karantin qaydalarına uyğun tətbirlər icra olunmalıdır",  - deyə həkim əlavə edib. 
 
 
Suraxanı rayon Gigiyena və Epidemiologiya Mərkəzinin baş həkimi Züleyxa Səmədova bildirdi ki, Zığ qəsəbəsində 331 nömrəli baxçada Həsənov Nahid Xanlar oğlunda 25.10.2021-ci il tarixdə koronavirusa yoluxma halı aşkarlanıb. 
 
"Bu gün 331 saylı baxçanın müdiri Kəmalə Feyziyeva tərəfindən Gigiyena və Epidemiologiya Mərkəzinə rəsmi məktub daxil olub. Bağça müdiri bildirib ki, COVID-ə yoluxan uşaq oktyabrın 15-dən bağçaya gəlmir. Bizim nümayəndəmiz bağçaya yaxınlaşıb baş verən hadisəni aktlaşdıracaq. Əgər uşaq 72 saat ərzində baxçada olmayıbsa orada heç bir gigiyenik tədbirlər görülməyəcək. Aktlaşdırma bağçaya gələn uşağın jurnaldakı davamiyyətinə görə müəyyən ediləcək", - deyə Gigiyena və Epidemiologiya Mərkəzin əməkdaşı bildirdi.
 
Züleyxa Səmədova bəs jurnalda dəyişklik olarsa bunu necə müəyyən edəcəksiz sualına cavabında  bildirdi ki, biz müdirə inanırıq, əgər jurnalda dəyişiklik  olarsa biz bu halda heç nə edə bilmərik.
 
"Bağçaların və məktəblərin bağlanmasını biz müəyyən edirik. Əgər hər hansı məktəb və bağçada elə hal aşkarlanarsa və bu 72 saat ərzində baş verən yoluxma riskidirsə biz bu halda bağça və məktəblərdəki həmin qrupları bağlayırıq. 
 
Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nın təsdiq edilməsi barədə” 2020-ci il 10 sentyabr tarixli 332 nömrəli Qərarında dəyişiklik edilməsi və "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” 2021-ci il 22 yanvar tarixli 12 nömrəli Qərarının "2.2-1 bəndində Təhsil müəssisəsinin ayrı-ayrı siniflərində (qruplarında) əyani formada aparılan tədris və təlim-tərbiyə prosesinin dayandırılması və ya yenidən bərpası barədə qərar Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin gigiyena və epidemiologiya mərkəzlərinin müvafiq rəyi əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyini məlumatlandırmaqla həmin təhsil müəssisəsi tərəfindən qəbul edilir”.
 
Ümid edirik ki, məsələ hüquq-mühafizə orqanlar tərəfindən araşdırılacaq və  ortada həqiqətən pandemiya şərtlərinin pozulması halları aşkarlanarsa bunun qarşısı alınacaqdır. 
 
Gülnar Nazimqızı
 
 


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol