• $
  • €
  • ₽
  • ₺
  • £

İctimai xadimlər "Soydaşlara Pulsuz Ali Təhsil" təşəbbüsü müraciət ünvanlayıb.

İctimai xadimlər "Soydaşlara Pulsuz Ali Təhsil" təşəbbüsü müraciət ünvanlayıb.
27.10.2021 13:32
İctimai xadimlər "Soydaşlara Pulsuz Ali Təhsil" təşəbbüsü ilə bağlı Prezident Administrasiyasına ictimai müraciət ünvanlayıb. 
 
Bu barədə "Soydaşlara Pulsuz Ali Təhsil" Təşəbbüs Qrupu məlumat yayıb. 
 
Müraciətdə deyilir:
 
"Soydaşlara Pulsuz Ali Təhsil" Təşəbbüsü Azərbaycanın tarixi, mədəni, milli irsinin öyrənilməsi, tanıdılması, qorunması və yaşadılması naminə Azərbaycan vətəndaşı olmayan, lakin ana dilimizi bilən, xalqımızın milli kimliyinin bir parçası olan dəyərləri öyrənmək və tərənnüm etmək istəyən soydaşlarımızın ölkəmizdə təhsil imkanlarını asanlaşdırmaq məqsədi daşıyır. 
Mədəniyyətimizin inkişafı, milli irsimizin öyrənilməsi, tanıdılması və yaşadılması, sərhədlərimizdən kənarda yaşayan soydaşlarımızla tarixi bağlarımızın möhkəmlənməsi baxımından bu layihəni olduqca vacib hesab edirik. Təşəbbüs bunun üçün qanunvericiliyə müvafiq əlavə və dəyişikliklər edilməsini nəzərdə tutur. 


44 günlük Vətən müharibəsindən sonra gücünü bütün dünyaya nümayiş etdirmiş, hər mənada böyük olan Azərbaycanın tarixi missiyası, geosiyasi maraqları, beynəlxalq nüfuzunu nəzərə alaraq "Soydaşlara Pulsuz Ali Təhsil" Təşəbbüsünü dəstəklədiyimizi ifadə edirik. 


Biz - bu müraciəti imzalayanlar - soydaşlarımıza Azərbaycan Respublikasının ali təhsil müəssisələrində bakalavriat, magistratura və doktorantura pillələrində ödənişsiz təhsil almaq imkanının yaradılması üçün aşağıda göstərilən ixtisaslar üzrə hər tədris ilində məqbul sayda kvota ayrılmasını xahiş edirik: 
 
1.Filologiya 
2.Tarix 
3.Kitabxanaçılıq və informasiya 
4.Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması 
5.Teatrşünaslıq 
6.Kinoşünaslıq 
7.Bədii yaradıcılıq və ekran dramaturgiyası 
8.Sosial iş 
9.İnstrumental ifaçılıq 
10.Solo oxuma 
11.Musiqişünaslıq 
12.Xoreoqrafiya sənəti 
13.Xalq çalğı alətləri ifaçılığı 
14.Aktyor sənəti 
15.Rejissorluq 
 
Qüdrətli Azərbaycan naminə! 
 
Təşəbbüs Qrupu: 
 
Cəfər Cəfərli 
Coşğun Əliyev 
Əmrah Cəfərov 
Gündüz Sadiqov 
Qulamhüseyn Məmmədov 
Sakit Mahmudov 
 
Müraciətə qoşulanlar: 
 
Dilqəm Əhməd - "Çapar" dərgisinin baş redaktoru 
Cavid İsmayıl - tarix üzrə fəlsəfə doktoru 
Şahin Cəfərli - jurnalist, yazar 
Heydər Mirzə - hərbi jurnalist 
Faiq Ələkbərli - fəlsəfə üzrə fəlsəfə doktoru, dosent 
Tahir Süleymanov - "Neftçi" futbol klubunun sabiq vitse-prezidenti, beynəlxalq dərəcəli futbol hakimi 
Aqil Səmədbəyli - sosial elmlər namizədi 
Mehman Əliyev - "Turan" İnformasiya Agentliyinin rəhbəri 
Ədalət Tahirzadə - filoloq, tarixçi, professor 
Aqşin Yenisey - yazıçı, şair 
Nazim Cəfərsoy - siyasi şərhçi 
Rüfət Muradlı - jurnalist 
Vahid Qazi - yazıçı, publisist 
Qulu Məhərrəmli – jurnalist 
Nəsimi Məmmədli - siyasi şərhçi 
Vüsalə Məmmədova - jurnalist 
Şahbaz Xuduoğlu - naşir 
Nəsib Nəsibli - tarixçi, Azərbaycanın İrandakı keçmiş səfiri". 
 
Qeyd edək ki, təşəbbüs Azərbaycan vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasının dövlət dilini bilən insanların, başlıca olaraq soydaşların ölkədə pulsuz ali təhsil ala bilməsini nəzərdə tutur. Milli Məclisin deputatı Musa Qasımlı sentyabrın 30-da bu barədə parlamentdə məsələ qaldırmışdı.  
 
(Musa Qasımlının sözügedən çıxışının videosu) link:  https://facebook.com/story.php?story_fbid=3066417333638598&id=100008110844441


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol