Bakıda evdə partlayış olub, yaralananlar var

Bakıda evdə partlayış olub.
Hadisə oktyabrın 27-də paytaxtın Sabunçu qəsəbəsi, Y.Saratov küçəsində qeydə alınıb.
Vidadi Fərəcova məxsus fərdi yaşayış evində ani partlama baş verib. Nəticədə mənzildə kirayəşin kimi yaşayan Goranboy sakini, 1984-cü il təvəllüdlü G.Adıgözəlova və Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Elşən Əliyev xəsarət alıb. Onlar təcili yardım vasitəsi ilə 5 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.
Yaralananlardan E.Əliyevin vəziyyəti normaldır, G.Adıgözəlovanın vəziyyəti isə ağırdır.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb edilib.
Partlaşın baş vermə səbəbi araşdırılır.
www.anews.az
























