• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət Məşğulluq Agentliyi və “Sumqayıt Kimya Sənaye Parkı” əməkdaşlığa başlayır

Dövlət Məşğulluq Agentliyi və “Sumqayıt Kimya Sənaye Parkı” əməkdaşlığa başlayır
28.10.2021 20:00
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və "Sumqayıt Kimya Sənaye Parkı” MMC arasında memorandum imzalanıb.
Nazirlikdən Anews.az -a verilən məlumata görə, sənədi Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli və "Sumqayıt Kimya Sənaye Parkı”nın direktoru Elşad Nuriyev imzalayıb.
 
Əməkdaşlıq memorandumuna əsasən Yevlax və ətrafdakı rayonların ərazisində yaradılacaq pilot aqroparkda həmin rayonun ərazisində məskunlaşmış işaxtaran və işsiz şəxslərin, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin iş axtarışına və özünüməşğulluğuna köməklik göstərilməsi, peşə yönümünün, peşə hazırlığının təmin edilməsi, bilik və bacarıqlarının artırılması istiqamətində əməkdaşlıq ediləcək.

Sənəddə həmçinin "Sumqayıt Kimya Sənaye Parkı” tərəfindən Yevlax və ətraf rayonlarda mövcud olan əmək bazarının tələblərinə uyğun aktiv məşğulluq tədbirlərinin təşkili ilə bağlı təkliflərin hazırlanaraq Agentliyə təqdim edilməsi, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün əlavə iş yerləri və sosial müəssisələrin yaradılmasına marağın artırılması məqsədilə Agentlik tərəfindən müxtəlif xarakterli həvəsləndirici (təşviqedici) tədbirlərin, o cümlədən proqram və layihələrin həyata keçirilməsi, peşə hazırlığına cəlb olunan şəxslərin müvafiq işlə təmin olunmasına köməklik göstərilməsi və onların iş yerlərində istehsalat təcrübəsi keçmələri üçün Cəmiyyət tərəfindən zəruri dəstəyin göstərilməsi nəzərdə tutulub.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol