• $
  • €
  • ₽
  • ₺
  • £

Xarici passportların rüsumları qaldırılır?-RƏSMİ AÇIQLAMA

Xarici passportların rüsumları qaldırılır?-RƏSMİ AÇIQLAMA
01.11.2021 11:39
Sosial media və bəzi xəbər saytlarında 18 yaşına çatmış vətəndaşlar üçün xarici pasport rüsumunun 40 manatdan 60 manata qaldırılması ilə bağlı xəəbrlər yayılıb.
 
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin sözçüsü Ehsan Zahidov bildirilib ki, yayılan xəbər həqiqəti əks etdirmir.
 
ASAN Xidmətin mətbuat katibi Elnur Niftəliyev də məlumatı təkzib edib.
 
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Dövlət rüsumu haqqında” qanuna dəyişiklik üçün bir sıra təkliflər irəli sürülüb.
 
Dəyişikliyə əsasən, ümumvətəndaş pasportları on iş günü müddətində verildikdə 1 yaşınadək uşaqlar üçün 10 manatdan 15 manata, 1 yaşından 3 yaşınadək uşaqlar üçün 20 manatdan 25 manata, 3 yaşından 18 yaşınadək uşaqlar üçün 30 manatdan 35 manata, 18 yaşına çatmış vətəndaşlar üçünsə 40 manatdan 60 manata qaldırılır.

Ümumvətəndaş pasportları beş iş günü müddətində verildikdə və ya dəyişdirildikdə 1 yaşınadək uşaqlar üçün 20 manatdan 25 manata, 1 yaşından 3 yaşınadək uşaqlar üçün 40 manatdan 55 manata, 3 yaşından 18 yaşınadək uşaqlar üçün 60 manatdan 75 manata, 18 yaşına çatmış vətəndaşlar üçünsə 80 manatdan 120 manata qaldırılır.
Ümumvətəndaş pasportları bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə, 1 yaşınadək uşaqlar üçün 40 manatdan 55 manata, 1 yaşından 3 yaşınadək uşaqlar üçün 80 manatdan 115 manata, 3 yaşından 18 yaşınadək uşaqlar üçün 120 manatdan 155 manata, 18 yaşına çatmış vətəndaşlar üçün 160 manatdan 210 manata qaldırılır.

Təklif edilən dəyişiklik Azərbaycan Respublikasının vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının itirilməsi və ya korlanması ilə bağlı rüsumlara da şamil edilib.
 
Verilən təkliflər hələki təsdiqlənməyib.
 
Hazırda xarici pasport on iş günü müddətində verildikdə və ya dəyişdirildikdə, yaxud Azərbaycan Respublikası vətəndaşının və ya onunla gedən şəxslərin təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi və ya ölümü ilə bağlı hallarda iki iş günü müddətində verildikdə və ya dəyişdirildikdə
-bir yaşınadək uşaqlar üçün - 10 manat;
-bir yaşından üç yaşınadək uşaqlar üçün - 20 manat;
-üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün - 30 manat;
-on səkkiz yaşına çatmış vətəndaşlara - 40 manat məbləğində pul təşkil edir.
 
Samirə Əli

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol