• $
  • €
  • ₽
  • ₺
  • £

27 ildən sonra Ağdamda işıq yanacaq - VİDEO

27 ildən sonra Ağdamda işıq yanacaq - VİDEO
02.11.2021 10:14
"İşğaldan azad edilən Ağdamda yaxın müddətdə öz işığımız yanacaq. Belə ki, Ağdam rayonunun Azərbaycanın ümumi enerji sisteminə qoşulması, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi məqsədi ilə cənab Prezidentin tapşırığına uyğun olaraq "Azərenerji” tərəfindən 2 yerdə 110/35/10 kilovoltluq "Ağdam-1” və "Ağdam-2” yarımstansiyaları tikilir". 

Bu  "Azərenerji”nin yaydığı məlumatda yazılıb:  

"Digər rayonlardan fərqli olaraq burada iki yerdə 110 kilovoltluq yarımstansiyaların tikilməsi Ağdam ərazisinin böyük olması və rayonda iri həcmli layihələrin gerçəkləşəcəyi nəzərə alınaraq inşa edilir. Respublika Prezidentinin Xüsusi Nümayəndəsi Emin Hüseynovun sözlərinə görə hər iki yarımstansiyada işlərin başa çatması çox sevindirici və əlamətdar hadisədir. "Bu gün biz qeyd edə bilərik ki, yarımstansiyalar qrafikdən qabaqlama rejimində icra olunub və Ağdam şəhərinə 27 ildən sonra işıq çəkə bildik. Bu günü bizə yaşatdığına görə Müzəffər Ali Baş Komandana dərin minnətdarlığımızı bildiririk. Bundan sonra Ağdamı, ümumiyyətlə Qarabağı cənnətə çevirəcəyik."Ağdam-1” yarımstansiyası rayon mərkəzinin girişində, keçmiş avtovağzalın yanında, "Ağdam-2” yarımstansiyası isə rayonun Əsgərana yaxın, Şelli kəndi istiqamətində inşa edilir. "Azərenerji”nin Qarabağ Regional Şəbəkəsinin rəisi Mircəlal Hüseynov isə bildirir ki, yarımstansiyalarda quraşdırılan avadanlıqların hamısı müasir standartlara cavab verir. "Hamısı mikroprosessor tipli avadanlıqlardır. "Ağdam-1” və "Ağdam-2” yarımstansiyaları məsafədən idarə olunan SCADA dispetçer idarəetmə sisteminə tam inteqrasiya olunacaq”,- deyə məlumatda bildirilib. 
 

 "Ağdam-1” və "Ağdam-2” yarımstansiyalarına "Xındırıstan” yarımstansiyasından 35 km məsafədə ikidövrəli 110 kilovoltluq yüksəkgərginlikli elektrik verilişi xətti çəkilib. Demək olar ki, xəttin tarssası tam minalanmış ərazidən keçib və bəzi yerlərdə bir neçə metr enində cığır açılaraq mina təmizləyənlərlə energetiklər paralel şəkildə öz işlərini görüblər. Ən əsası isə yeni çəkilən 35 kilometr məsafəli xəttin və üstəlik Ağcabədidən Xındırıstana qədər 28 kilometr məsafədə 110 kV-luq xətt üzərində ildırımdan mühafizə və yarımstansiyalararası informasiya mübadiləsi üçün 24 damarlı fiber optik kabel çəkilib. Bununla Ağdama təkcə elektrik xətti deyil, həm də ən yüksək ötürmə qabiliyyətli sürətli internet xətti gətirilib. Bununla da nəinki, Ağdamdakı xüsusi təyinatlı obyektlərin, yarımstansiyaların, eləcə də burada tikilən "Azərenerji”nin Qarabağın Regional Avtomatik İdarəetmə Mərkəzinin yeni nəsil texnologiyalar əsasında fəaliyyət göstərməsi üçün sürətli internet şəbəkəsi ilə təminatı həyata keçiriləcək.
"Azərenerji”nin İctimaiyyətlə əlaqələr mərkəzinin rəisi Teymur Abdullayevin sözlərinə görə nəinki Ağdamda, bütövlükdə Qarabağda tikilən bütün elektrik stansiyaları, yarımstansiyalar, ötürmə xətlərinin idarəetməsini təşkil edəcək Avtomatik İdarəetmə Mərkəzi tikilir. "Burda yeni nəsil müasir texnologiyalardan istifadə olunub rəqəmsal idarəetmə mərkəzi vasitəsi ilə açılıb, qoşulma əməliyyatları da daxil olmaqla bütün lazımi tədbirlərin hamısı avtomatik şəraitdə həyata keçiriləcək.”
"Ağdam-1” yarımstansiyasının ərazisində Avtomatik İdarəetmə Mərkəzi ilə yanaşı "Azərenerji”nin Qarabağın regional xüsusi təyinatlı maşın-mexanizmlərinin nəqliyyat sahəsi, texnika və avadanlıqlarının təmir sahələri də tikilir və bütün işlər yaxın müddətdə yekunlaşdırılacaq.


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol