• $
  • €
  • ₽
  • ₺
  • £

Bərdədə silahlı insident olub, saxlanılan var

Bərdədə silahlı insident olub, saxlanılan var
02.11.2021 12:00
Bərdədə odlu silahla havaya atəş açan şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bərdə Rayon Polis Şöbəsinə noyabrın 1-də saat 20 radələrində Mirzalıbəyli kəndi ərazisində kənd sakini Ə.Nəsirovun Tərtər rayon sakini Ə.Bağırovun idarə etdiyi "VAZ-21102” markalı avtomobildə mübahisə zamanı onun qoluna bıçaqla xəsarət yetirib avtomobildən düşərək qaçması, daha sonra Ə.Bağırovun avtomobilin yük yerində olan avtomat silahı götürüb onun həyətinə gələrək orada avtomobillə getməsi barədə məlumat daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Bağırov saxlanılıb, ondan "AK” markalı avtomat silahı, 1 ədəd patron darağı və 1 ədəd patron götürülmüşdür. Tibbi müayinədən keçirilərkən onun orta dərəcəli sərxoş olması müəyyən edilib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) cinayət işi başlanıb.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol