• $
  • €
  • ₽
  • ₺
  • £

“İdeal”ın keçmiş sahibinin vəkillərindən ETİRAZ

“İdeal”ın keçmiş sahibinin vəkillərindən ETİRAZ
02.11.2021 14:58
Bakı Ağır Cinayətlər Məhkəməsində "İdeal” mağazalar şəbəkəsinin keçmiş rəhbəri İlqar İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Hakim Əli Məmmədovun sədrlik etdiyi prosesdə İ.İsmayılovun "İdeal Kompani”də direktor olduğu dövrdə onun digər ortağının nümayəndəsi olmuş Fuad Əliyevin əlavə şahid qismində dindirilməsi barədə müdafiə tərəfinin verdiyi vəsatət müzakirə edilib.

Müdafiə tərəfi vəsatətini belə əsaslandırmışdı ki, F.Əliyev "İdeal”ın idarə edilməsində digər ortağa mənfəətin çatdırılmasında birbaşa iştirak edib. İ.İsmayılov da vəsatəti dəstəkləyib.

Məhkəmə vəsatəti rədd edib.

Vəkillər buna etiraz ediblər.

Daha sonra İ.İsmayılova qarşı ittihamda "Şəhər bağları”nda mənzilin alınması üçün "İdeal Kompani” MMC-dən 280 min manat məxaric edilməsini təkzib edən və mənzilin təqsirləndirilən şəxs tərəfindən daha əvvəlki tarixdə 1 milyon manat ödənilərək alınmasını təsdiq edən razılaşmanı imzalayan şəxslərin şahid qismində dindirilməsi ilə bağlı vəsatət müzakirə edilib.

Vəsatətə təmin edilib və şahidlərin məhkəməyə dəvət ediləcəyi elan olunub.

Müdafiə tərəfinin "İdeal Kompani” MMC-nin 2013-2016-cı illər üçün gündəlik kassa əməliyyatlarının köçürülərək cinayət işi materiallarına əlavə edilən yaddaş kartının (fləşkart) məhkəmədə tədqiq edilməsi ilə bağlı vəsatəti ötən iclasda təmin edilsə də, hakim Ə.Məmmədov elan edib ki, yaddaş kartında olan fayl qeyri-müəyyən formatda olan faylda olduğu üçün onu açmaq mümkün deyil. Həmin yaddaş kartına baxılmasının zəruri hesab etmədiyi bildirilib.
Müdafiə tərəfi məhkəməyə etiraz edib. Onlar etirazı yazılı təqdim etmək üçün məhkəmədən vaxt istəyib.

Proses noyabrın 15-də davam edəcək.

İ.İsmayılov 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməkdə təqsirləndirilir.

Ona Cinayət Məcəlləsinin 179.3.2-ci və 308.2-ci maddələri ilə ittiham elan edilib, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol