• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycandilli məktəblərin bağlanmasının səbəbləri AÇIQLANIB

Azərbaycandilli məktəblərin bağlanmasının səbəbləri AÇIQLANIB
02.11.2021 15:08
"Gürcüstanda azərbaycandilli məktəblərin sayının azalmasının bir neçə səbəbi ola bilər. Bu səbəblərə ölkəni tərk etmə, yaşayış yerinin kənddən şəhərə dəyişdirilməsi və uşaqların gürcüdilli məktəblərə verilməsi aid edilə bilər”.

Bunu Gürcüstanın Təhsil və Elm Nazirliyinin nümayəndəsi, etnik azlıqların dilləri üzrə ekspert Despine Koiava deyib.

Onun sözlərinə görə, bəzi azərbaycandilli məktəblərdə uşaqların ümidləri doğrulur və onlar gürcü dilini öyrənirlər:
 
"Lakin əksər hallarda pozitiv dinamika olmur və nəticədə məktəblilər gürcü dilini mənimsəyə bilmirlər. Buna görə də məqsədimiz artıq bağçadan uşaqların ana dilini saxlamaq və onlara paralel olaraq dövlət dilini öyrətməkdən ibarətdir. Yəni, uşaqlar bağçadan bilinqual (ikidilli – red.) təhsilə cəlb olunacaqlar və bu, gələcəkdə onların vətəndaş cəmiyyətinə inteqrasiyası üçün daha böyük imkanlar verəcək. Qeyd etmək istəyirəm ki, bilinquallar monolinquallarla müqayisədə bacarıqlarını daha çox inkişaf etdirə bilirlər”,- deyə o bildirib. 

Mütəxəssis milli azlıq nümayəndələrinin ali məktəblərə qəbul olması üçün tətbiq edilən "1+4” proqramını da dəyərləndirib. O, proqramı uğurlu adlandırıb:
 
"Vaxtilə bu proqram gürcü dilinin öyrədilməsi məqsədilə keçid dövrü üçün yaradılmışdır. Bu, orta məktəblərin bütün siniflərində bilinqual təhsilin tətbiqindən sonra tədricən aradan götürüləcək. Gələcəkdə 12-ci sinfi bitirəcək şagirdlərin gürcü dilini öyrənməsi üçün universitetlərdə aralıq təhsilə etiyacı olmayacaq. Belə ki, onlar dövlət dilini tam biləcəklər”.

Son iki ildə qonşu ölkədə tədrisi Azərbaycan dilində olan 4 məktəb bağlanıb. 2021-2022-ci tədris ilində fəaliyyət göstərən azərbaycandilli və Azərbaycan bölməsinin olduğu təhsil ocaqlarının sayı 116 təşkil edir.

Gürcüstanda "1+4” proqramının tətbiqinə 2010-cu ildən başlanılıb. Proqrama əsasən, abituriyentlər Azərbaycan, erməni və osetin dillərində ümumi biliklərdən test imtahanı verirlər. Ali məktəbə qəbul olmuş tələbələr bir il ərzində gürcü dilini öyrənirlər və daha sonra istədikləri ixtisas üzrə bakalavr pilləsində təhsil almaq imkanı əldə edirlər.(report.az)

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol