• $
  • €
  • ₽
  • ₺
  • £

Rövşən Məmmədovla Vahid Mustafayev qarşı-qarşıya gəldi

Rövşən Məmmədovla Vahid Mustafayev qarşı-qarşıya gəldi
02.11.2021 21:12
VMF fabrikinin istehsal etdiyi "Qələbə vaxtı” kolleksiyasının reklam çarxı şirkətlə AzTV arasında münaqişəyə səbəb olub.

"Qafqazinfo”nun məlumatına görə, ANS Şirkətlər Qrupu prezidenti Vahid Mustafayevin müşaviri Mais Məmmədov "Günün səsi”nə açıqlamasında deyib ki, işğaldan azad edilmiş ərazilərimizin adlarının həkk olunduğu saatların ölkə telekanallarında nümayişini istəyiblər.
O vurğulayıb ki, AzTV bu çarxı olduğu kimi yayımlamaqdan imtina edib:

"AzTV sədri Rövşən Məmmədov onu da deyib ki, videoçarx hər hansı problemsiz Mədəniyyət və İdman kanallarında yayımlana bilər. Sual çıxır: əgər bu çarx AzTV-də yayımlana bilməzsa, həmin TV-nin o biri kanallarında necə yayımlana bilər?! Bu mövqe anlaşılan deyil axı, AzTV kommersiya qurumu deyil, büdcədən maliyyələşən kanaldır”.
Onun sözlərinə görə, Rövşən Məmmədov bildirib ki, "Qarabağ Azərbaycandır!” ifadəsini hərbçilərin səsi ilə vermək olmaz və reklam çarxından erməni işğalından azad edilən rayonların şərəfinə xüsusi olaraq buraxılmış "Qələbə kolleksiyası”ndan olan saat görüntüləri çıxarılmaldır.

"Azərbaycan Televiziya və Radio Verilişləri” QSC də məsələ barədə açıqlama yayıb:
"AzTV olaraq düşünürük ki, xüsusən 44 günlük Vətən müharibəsinin ildönümündə efirə təqdim edilən hər məhsul ciddi şəkildə təhlil edilməli, zəif və bayağı məhsullar verilməməlidir. Hətta reklam olsa belə.

Reklam kanalların əsas maliyyə mənbələrindəndir və hər bir kanal gəlir əldə etmək üçün reklamın verilməsində maraqlıdır. Lakin VMF şirkətinin hazırladığı reklam çarxı həm zəif olduğundan, eyni zamanda, multiplikasiya xarakteri daşıdığından reklamın AzTV-də efirə təqdim olunması sədr tərəfindən məqbul bilinməyib.
Bir qədər dəyişiklik etmək, xüsusən də "Vətən müharibəsinin əsas şüarı olan "Qarabağ Azərbaycandır” sözlərinin qol saatları fonunda primitiv şəkildə getməməsi şərtilə Mədəniyyət və İdman TV-də verilə bilər” deyilib.
Bilirsiniz, "Qarabağ Azərbaycandır” şüarı bizim üçün adi söz birləşməsi və ya lozunq deyil. Bu, Ali Baş Komandan İlham Əliyevin dəfələrlə dilindən səslənən, şəhidlərimizin gözünü belə qırpmadan döyüşə atılarkən dediyi sözlərdir.

Bu sözlər bizim üçün zəfərin özü qədər əziz və müqəddəsdir və həmin sözlər hər videonun, yaxud şəklin fonunda verilə bilməz. VMF-in hazırladığı reklam çarxına diqqətlə baxan hər kəs onun qol saatlarının fonunda verilməsinin doğru olmadığını, primitiv xarakter daşıdığını və deyildiyi kimi, sanki cizgi filmi təəssüratı yaratdığını görə bilər. Odur ki, reklam çarxı haqlı olaraq efirə buraxılmadı”.
 


 

 
 
 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol