• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistan KM Qasparyanın vəzifədən çıxarılmasını qanuni saydı

Ermənistan KM Qasparyanın vəzifədən çıxarılmasını qanuni saydı
02.11.2021 22:38
Ermənistan Konstitusiya Məhkəməsi Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş rəisi Onik Qasparyanın vəzifəsindən kənarlaşdırılmasını konstitusion olması barədə qərar verib.
"Qafqazinfo" xəbər verir ki, bu barədə "Sputnik Armeniya”ya məhkəmənin mətbuat-katibi Yeva Tovmasyan deyib. 

Mart ayında Ermənistan Prezidenti "Hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında” qanunun Konstitusiyaya uyğunluğunu yoxlamaq üçün Konstitusiya Məhkəməsinə müraciət edib. Buna səbəb baş nazir Nikol Paşinyanın Onik Qasparyanın Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsindən azad edilməsi ilə bağlı müraciəti olub.

Fevralın 25-də Baş Qərargah hökumətin istefasını tələb edib. Bundan sonra Paşinyan prezidentə Baş Qərargah rəisi Onik Qasparyanın istefaya göndərilməsi barədə ərizə təqdim edib. Prezident Konstitusiya Məhkəməsinə müraciət edərək qərarı imzalamayıb və Konstitusiya Məhkəməsində Paşinyana Baş Qərargah rəisini vaxtından əvvəl vəzifədən azad etməyə imkan verən qanuna etiraz edib. 

Lakin martın 10-da Qasparyanın səlahiyyətlərinə xitam verilib. Sarkisyan İnzibati Məhkəməyə müraciət edib və məhkəmə daha sonra Konstitusiya Məhkəməsinin qərarına qədər Qasparyanın vəzifəsində qalması barədə qərar verib. Paralel olaraq Artak Davtyan Baş Qərargahın yeni rəisi təyin edilib. Martın 22-də Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, Artak Davtyan Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsinin icrasına başlayıb.
 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol