Ölkə daxilində və xaricində müalicə olunanlara güzəşt ediləcək

Ölkə daxilində müalicə, o cümlədən cərrahiyyə əməliyyatının haqqını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 10 000 manatadək olan hissəsi gəlir vergisindən azad edilir.
Report xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik təklif olunur.
Bundan əlavə, xaricdə müalicə haqlarını, o cümlədən cərrahiyyə əməliyyatının haqqını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 40 000 manatadək olan hissəsi də gəlir vergisindən azad ediləcək.
www.anews.az
Son xəbərlər 
Daha çox 























