• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənilərin Cocuq Mərcanlıda dağıtdığı tikililər bərpa olunur

Ermənilərin Cocuq Mərcanlıda dağıtdığı tikililər bərpa olunur
04.11.2021 22:00
Erməni təxribatı zamanı Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində dağılan evlərin tikinti və bərpası tamamlanıb.

Kəndin atəşə tutulması nəticəsində dağılan bir iaşə obyektində isə son tamamlama işləri davam edir.

Obyektin sahibi, Cocuq Mərcanlı kənd sakini Oktay Həziyev bildirib ki, Vətən müharibəsi zamanı ermənilərin Cocuq Mərcanlı kəndini atəşə tutmaları təsadüfü deyil: "Qarabağa böyük qayıdışın bu kəndlə bağlı olmasını ermənilər də yaxşı bilirlər. Ona görə də artıq döyüş meydanında uduzduğunu anlayan, lakin bu məğlubiyyəti həzm edə bilməyən erməni silahlı terrorçuları Cocuq Mərcanlını atəşə tutmaqla böyük qayıdışın başlanğıcına xələl gətirməyə çalışırdılar. Lakin Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu erməniləri dəmir yumruqla məhv edərək ərazilərimizi işğaldan azad etdilər. Bu kənd onların gözü qarşısında xarabalıqdan, abadlığa çevrilib. Onlar buradakı inkişafı pillə-pillə öz gözləri ilə görüb. Onlar yaxşı bilirdi ki, Cocuq Mərcanlının inkişafı Qarabağda böyük qayıdışın təməlidir. Atılan mərmilər burada olan evlərə və obyektlərə zərər vurdu. Amma, onlar millətin əzmini sındıra bilmədi. İndi də şükür Dövlətimiz bütün zəruri tədbirləri həyata keçirir. Mənim obyektim də tam təmir olaraq başa çatdırılır."

Cocuq Mərcanlıda hazır olan evlərdə artıq yaşayış təmin edilib. Ermənilərin ağır artileriya zərbələri nəticəsində, Cocuq Mərcanlı kəndində 47 tikiliyə zərər dəydi. Daha çox evlərin dam örtükləri yararsız hala düşüb. Lakin qələbədən dərhal sonra Prezident İlham Əliyevin göstəriş və tapşırıqlarına uyğun olaraq dağılan evlərin bərpası və tikintisinə start verildi.
Dövlət şəhərsalma və Arxitektura Komitəsinin nəzarəti altında Cəbrayıılın Cocuq Mərcanlı kəndində işlər tamamilə yekunlaşdırılıb.
Məlumat üçün bildirək ki, Ermənistan Silahlı Qüvvələrinin təcavüzü nəticəsində Cocuq Mərcanlı kəndində ziyan dəymiş 46 yaşayış evi və qeyri-yaşayış obyekti təmir-bərpa olunub, 1 sahibkarlıq obyekti yenidən tikilərək sahibinə təhvil verilib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol