• $
  • €
  • ₽
  • ₺
  • £

“Bəzi işlər layihədə nəzərdə tutulmamışdı, amma görülməli idi”

“Bəzi işlər layihədə nəzərdə tutulmamışdı, amma görülməli idi”
04.11.2021 18:21
Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş KİVDF-nin sabiq icraçı direktoru Vüqar Səfərlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Qafqazinfo” xəbər verir ki, iclasda təqsirləndirilən Bünyamin İsmayılov jurnalistlər binasının tikintisi ilə bağlı dövlət ittihamçısının suallarını cavablandırıb. O bildirib ki, layihədə göstərilənlərlə görülən işlər arasında hər hansı fərq olanda rəhbərliyə məruzə edib.
Daha sonra B.İsmayılovun vəkili Vüqar Səfərliyə sual verərək ondan binaların tikintisi zamanı parketlərin əvəzinə laminatdan istifadə edilməsi barədə soruşub.

V. Səfərli bildirib ki, onun bu məsələdən sonradan xəbəri olub: "Sənəddə əvvəl laminat yazılmışdı. Mən sonradan bildim ki, parket vurulmalı imiş. Ümumiyyətlə orada bəzi işlər var idi ki, layihədə nəzərdə tutulmamışdı, amma görülməli idi”.
Şahid Telman Tahirov bildirib ki, jurnalistlər üçün tikilən ikinci və üçüncü binanın layihələrini o hazırlayıb:

"İkinci bina üçün hazırladığım layihənin qarşılığında 1 milyon 108 min, üçüncü bina üçün 871 min manat ödənilib. Bizim hazırladığımız layihə Dövlət Ekspertiza Komissiyasının rəyinə əsasən qüvvəyə minib. Mənə heç kim pul verməyib. Vüqar Səfərlinin pul mənimsəməsi barədə məlumatım yoxdur”.

Prokuror sual verib ki, layihələrin ümumi dəyəri ittiham aktında 4 milyon 292 min manat göstərildiyi halda T.Tahirovun dediyi rəqəmlər nəyə görə aşağıdır. 
T.Tahirov təklif edib ki, yenidən ekspertiza təyin olunsun və rəqəmlərin həqiqiliyi araşdırılsın.

Proses noyabrın 10-da davam etdiriləcək.
Qeyd edək ki, V.Səfərli və digər təqsirləndirilən şəxslərin 18 milyon 500 min manat məbləğində pul vəsaitinin mənimsəmə və israf etmə yolu ilə talanmasına, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törədilməsinə, habelə cinayət yolu ilə əldə edilmiş 5 milyon 700 min manat pul vəsaitinin leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib. 

Cinayət işi üzrə Medianın İnkişafı Agentliyi (MEDİA) zərərçəkmiş qismində tanınıb.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azad edilmiş ərazilərə köçürülən sakinlərdən 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərə köçürülən sakinlərdən 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol