• $
  • €
  • ₽
  • ₺
  • £

YAP-da Zəfər Günü münasibətilə qanvermə aksiyası keçirilib

YAP-da Zəfər Günü münasibətilə qanvermə aksiyası keçirilib
06.11.2021 22:00
Noyabrın 6-da Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında 8 Noyabr – Zəfər Günü münasibətilə qanvermə aksiyası keçirilib.

Qanvermə aksiyasında YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və 300 nəfərə yaxın YAP üzvü iştirak edib.
Yeni Azərbaycan Partiyası ənənəvi olaraq hər il qanvermə aksiyaları keçirir. Xüsusilə, partiya Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsünə qoşularaq qanvermə aksiyaları təşkil edib. YAP Mərkəzi Aparatında təşkil olunan növbəti qanvermə aksiyası da partiya üzvlərinin vətənpərvərliyinin, onların ölkəmizdə həyata keçirilən bütün humanist işlərdə fəallıq göstərmələrinin ifadəsidir.

Aksiyaya Mərkəzi Qan Bankını təmsil edən tibbi heyət cəlb olunub. Mərkəzi Qan Bankının donorçuluq müayinə kabinetinin müdiri Namirə Abbasova bildirib ki, Yeni Azərbaycan Partiyasının mütəmadi olaraq qanvermə aksiyaları təşkil etməsi çox humanist addımdır. O deyib: "Burada toplanan qan talassemiya, irsi qan xəstəliklərindən əziyyət çəkən insanlar üçün istifadə olunacaq. Qanvermə aksiyasının 8 Noyabr - Zəfər Günü münasibətilə təşkil edilməsi çox yaxşı haldır. İnsanlar bu humanist addımı yüksək dəyərləndirərək qanvermədə fəal iştirak edirlər. Biz də Milli Hematologiya və Transfuziologiya Mərkəzi adından Yeni Azərbaycan Partiyasına və aksiyada iştirak edən hər bir kəsə təşəkkürümüzü bildiririk”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol