Nazirlər Kabineti məlumat yaydı

2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan ərazisinə təcavüzünün nəticələrinin aradan qaldırılması üzrə Dövlət Komissiyası tərəfindən 13 295 obyektin təmir və bərpası haqqında qərar qəbul edilib.
Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
Ötən dövr ərzində 12 125 obyektdə, yəni bütün obyektlərin 91.2% -də təmir, bərpa və tikinti işləri tam başa çatdırılıb.
www.anews.az
Son xəbərlər 
Daha çox 























