• $
  • €
  • ₽
  • ₺
  • £

Neftçalada müharibə iştirakçısı qollarını kəsib? - Açıqlama

Neftçalada müharibə iştirakçısı qollarını kəsib? - Açıqlama
09.11.2021 23:24
Sosial şəbəkələrdə Vətən Müharibəsi iştirakçısının Neftçala Rayon İcra Hakimiyyətinin qarşısında özünə xəsarət yetirməsi ilə bağlı məlumat yayılıb. İddia olunub ki, Namid Hüseynov mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı müraciətlərinin cavabsız qalmasına görə bu addımı atıb. İddiada o da vurğulanıb ki, N.Hüseynov icra başçısının onu dinləməməsinə etiraz edib.
"Qafqazinfo” xəbər verir ki, Neftçala Rayon İcra Hakimiyyəti bəzi kütləvi informasiya vasitələrində müharibə iştirakçısı Namid Hüseynovun İcra Hakimiyyətinin qarşısında qollarını kəsməsi ilə bağlı yaydığı məlumatlara münasibət bildirib.
Qeyd olunub ki, Neftçala şəhəri M.Ə.Rəsulzadə küçəsində yaşayan Hüseynov Namid Mübariz oğlu, 44 günlük Vətən müharibəsində Füzuli, Xocavənd, Qubadlı, Zəngilan uğrunda gedən döyüşlərin iştirakçısıdır:

"Oktyabrın 26-da Rayon İcra Hakimiyyətinin başçısı və aparatının məhsul şəxslərinin iştirakı ilə Namid Hüseynov rəsmi şəkildə qəbul edilib və yaşadığı fərdi yaşayış evinin dam örtüyünün təmir olunmasını, müalicə olunması məqsədilə dərman ləvazimatının alınmasını və maddi kömək göstərilməsini xahiş edib. Müraciətinə əsasən Namid Hüseynova təyin edilmiş resept əsasında dərman ləvazimatları alınaraq verilib.
Həmin gün Namid Hüseynovun yaşadığı fərdi yaşayış evinə baxış keçirilib və dam örtüyünün yararsız olduğu müəyyənləşib. Fərdi yaşayış evinin dam örtüyü tam təmir olunub.
Rayon İcra Hakimiyyəti başçısı tərəfindən qəbul edilən Namid Hüseynov müxtəlif ərzaq dükanlarından borc müqabilində götürdüyü ərzağın pulunun ona verilməsinə kömək olunmasını da xahiş edib. Onun bu xahişi də nəzərə alınaraq, maddi yardım göstərilib.
Qeyd edək ki, İcra Hakimiyyətinə daxil olan müraciət zamanı onun müharibədə yaralanması ilə bağlı hər hansı rəsmi sənəd təqdim olunmayıb. Buna baxmayaraq, Rayon İcra Hakimiyyətinin başçısının göstərişi ilə Namid Hüseynov Rayon Mərkəzi Xəstəxanasında bütün müayinələrdən keçirilib və ona bütün lazimi tibbi xidmət göstərilib”.
Açıqlamada o da vurğulanıb ki, N.Hüseynovun İcra Hakimiyyətinin qarşısında qollarını kəsməsi barədə məlumatlar yanlışdır.
 




www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol