Bakıda dələduzluq edən şəxsə hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən İbrahim Babaşovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə İ.Babaşov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, İ.Babaşov vətəndaşlar - Şahin Hüseynov və Emin Əsədova qarşı dələduzluq edib.
Ş.Hüseynov və E.Əsədovun barəsində hüquq-mühafizə orqanlarının birində qaçaqmalçılıqla bağlı cinayət işi açılıb. İ.Babaşov isə bu işə xitam verdirəcəyi vədi verib, lakin sonradan o, vədinə əməlk etməyərək həmin şəxslərin pulunu dələduzluq yolu ilə ələ keçirib.
www.anews.az
Son xəbərlər 
Daha çox 























