• $
  • €
  • ₽
  • ₺
  • £

Bu il sığınacaqlara 200-dən çox adam müraciət edib

Bu il sığınacaqlara 200-dən çox adam  müraciət edib
10.11.2021 18:46
2021- ci ilin 10 ayında həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisələrinə 213 nəfər müraciət edib.  Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyindəki Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov anews.az-a açıqlamasında deyib.
 
"Ötən il qəbul edilən şəxslər də daxil olmaqla həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində bu ilin ilk 10 ayında  287 nəfərə xidmət göstərilib. Həssas əhali qruplarından olan  şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar, müəyyən yaşayış yeri olmayan 18 yaşından yuxarı şəxslər, məişət zorakılığından zərər çəkmiş şəxslər, habelə görmə qabiliyyəti məhdudluğu olan şəxslərə xidmət göstərilir", -  deyə o əlavə edib.

Həşimov bildirib ki, 2021-ci il avqustun 1-dən  daha bir şöbə - Məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial reabilitasiyası şöbəsi fəaliyyətə başlayıb.

"Həmin şöbəyə ötən 3 ayda 21 şəxs qəbul olunub. Onlardan 10-u qadın, 11-i onların uşaqlarıdır. Bu şəxslər  sığınacaqla təmin olunmaqla bərabər, psixo-sosial dəstək və məsləhət yardımı xidmətindən də yararlanır, sosial reabilitasiyaları, sosial statuslarının bərpası istiqamətində fərdi iş planı üzrə işlər aparılır", - deyə Həşimov  söyləyib. 
 
Bəs ölkədəki özəl sığınacaqlarda vəziyyət necədir? Özəl sığınacaqlara müraciət edənlərin sayı ilə dövlət müəssisələrinə müraciət edənlər arasında müqayisə aparmaq üçün bir neçə özəl sığınacaqlara üz tutduq.

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib ki, ümumilikdə bu ilin 10 ayında qaynar xəttə 1984 zəng daxil olub. 

"Bizə müxtəlif problemlərlə bağlı zənglər edilir.  Evdə şiddət görən qadınlar, məhkəmə prosesindən şikayətçi olanlar və uşaqları əlindən alınan qadınlarla bağlı müraciətlər daha çoxdur.  Daxil olan zənglərin 40% -i  uşaqlarla bağlıdır", - deyə sığınacağın rəhbəri əlavə edib.

Təmiz Dünya Qadınlara Yardım ictimai birliyinin sədri Mehriban Zeynalovanın sözlərinə görə, bu ilin 10 ayında onlara 437 nəfər müraciət edib.

 "Bunlardan 27-si yeniyetmə, 203 qadın, 216 nəfər isə uşaqlardır. Keçən illə müqayisədə bu il sığınacağımıza müraciət edənlərin sayında 50 faiz artım müşahidə olunur. Qadın və uşaqlarda 50 faizədək, yeniyetmələrdə isə daha çox artım olub. Məsələn, keçən il bizə 3 yeniyetmə müraciət etmişdisə, bu il onnların sayı 17-ə çatıb", - deyə sədr söyləyib.
 
Aytac Zeynalova

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol