• $
  • €
  • ₽
  • ₺
  • £

Zəngilandakı "Ağıllı kənd"ə sakinlərin köçürüləcəyi tarix AÇIQLANDI

Zəngilandakı "Ağıllı kənd"ə sakinlərin köçürüləcəyi tarix AÇIQLANDI
12.11.2021 13:14
Zəngilan rayonunun Ağalı kəndinə insanların köşürülməsinə 2021-ci ilin sonundan başlanılacaq və gələn ilin mayına kimi bu proses başa çatacaqdır. Bunu a Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyinin sədri Mirzə Əliyev deyib.
 
Onun sözlərinə görə, hazırda nazirlik Zəngilan rayonunun Ağalı kəndində "Ağıllı kənd" layihəsini reallaşdırı və bu kayihə üzrə işlərin ilkin mərhələsi  yekunlaşmaq üzrədir.

"Yaxın vaxtlarda kənd sakinlərinin ora köçürülməsinə başlanılacaq. Dayanıqlı məskunlaşma üçün ilk növbədə zəruri infrastrukturda (məktəb, xəstəxana, market, icra nümayəndəliyi və s.) çalışan insanları köçürməliyik, daha sonra digər insanların köçürülməsi təmin ediləcək. Ona görə də tikinti işləri mərhələli şəkildə aparılır. Artıq ilkin mərhələ üzrə işlər, o cümlədən zəruri infrastruktur işləri yekunlaşmaq üzrədir. Düşünürük ki, gələn ilin ilk 5 ayında sakinlərin köçürülməsi tamamilə yekunlaşa bilər. Köçürülmə könüllü olacaq və bu il başlayacaq. Qış fəslidir, sakinlərin istəyindən çox şey asılıdır. Hazırda kənd sakinləri ilə bu istiqamətdə işlər aparılır. Kəndin rəsmiləri ilə yanaşı eyni zamanda icma qrupu ilə işlər aparılır. Kimlərin istəyi olacaqsa, bu ilin sonuna doğru onların köçürülməsinə başlanıla bilər. Təxminən 1 400 nəfərin köçürülməsi nəzərdə tutulur", - deyə o, qeyd edib.

Əliyevin sözlərinə görə, "Ağıllı kənd"də çox sadə xüsusi sistemlər qurulub.
 
"Sakinlərin bu sistemləri işlətməsi üçün hər hansı bir çətinlik yoxdur. "Ağıllı kənd" heç də "Ağıllı ev" demək deyil, "Ağıllı kənd " özünü təmin edə bilən, insanlar üçün iş yeri yarada bilən, rahat həyat tərzi keçirməyə imkan verən kənddir. Bəzi insanlar "Ağıllı kənd" deyəndə internetdən şəkil tapırlar, kondisionerli, telefonlu evləri nəzərdə tuturlar. "Ağıllı kənd"in mühəndis planlaşdırılmasında bütün qədim Qarabağ elementlərinə əməl edilib. Evlərdə xüsusi izolyasiya sistemləri qurulur ki, onların məsrəfləri əhəmiyyətli dərəcədə az olsun".

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol