17 yaşlı qız su kanalına düşərək ölüb

Kürdəmirdə bədbəxt hadisə baş verib.
Hadisə rayonun Ərəbqubalı kəndində qeydə alınıb.
Kənd sakini, 17 yaşlı Gülarə Şalıyeva Cavanşir qızı ehtiyatsızlıqdan su kanalına düşüb. Ətrafdakı insanların köməyi ilə sudan çıxarılan gənc qız Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
G.Şalıyevanın meyiti Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.
www.anews.az
























