• $
  • €
  • ₽
  • ₺
  • £

İşsiz gənclərə şad xəbər

İşsiz gənclərə şad xəbər
12.05.2014 10:29
Aktiv məşğulluq tədbirində 160 nəfər tələbə və məzuna boş iş yerlərinə göndəriş verilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, 705 nəfər tələbə və məzun barədə şəxsi məlumatlar işəgötürənlərə təqdim edilib.Tələbə və məzunların əmək bazarına inteqrasiyası məqsədilə bu günlərdə Azərbaycan Texniki Universitetində keçirilən aktiv məşğulluq tədbirində bildirilib ki, həmin iş yerlərindən 22-si dövlət, 138-i qeyri-dövlət sektoruna aiddir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən təşkil olunan tədbirdə müasir tələblərə cavab verən ixtisaslı kadrların seçiminin aparılması üçün 705 nəfər tələbə və məzun barədə şəxsi məlumatlar (CV) işəgötürənlərə təqdim edilib. Tədbir zamanı 45 nəfər şəxs yeni peşələrə yiyələnmələri məqsədilə peşə hazırlığı kurslarına cəlb olunmaları üçün qeydə alınıb.Tədbirdə 87-si özəl sektora aid 116 müəssisə tərəfindən ümumilikdə 1245 boş (vakant) iş yeri tələbə və məzunların seçiminə təqdim edilib ki, onlardan 735-i özəl müəssisələrə aid olub. Tədbirdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbə və məzunları da iştirak edib. Digər ali təhsil ocaqlarında da belə tədbirlərin təşkili planlaşdırılır.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol