• $
  • €
  • ₽
  • ₺
  • £

Şəkər xəstələri mütləq vaksin vurdurmalıdır - Həkim AÇIQLADI

Şəkər xəstələri mütləq vaksin vurdurmalıdır - Həkim AÇIQLADI
15.11.2021 12:46
"Qidalanma yolu ilə qana keçən qlükoza insulin hormonunun azlığından hüceyrələr tərəfindən sorula bilmir və qanda şəkər yüksəlir”.

Bu fikirləri həkim-endokrinoloq Xalid Qurbanzadə bildirib.
 
Həkim-endorkrinoloq deyib ki, qanda şəkərin artmasına " hiperqlikemiya" deyilir.

"Şəkərin diaqnozu üçün 8 saatlıq aclıqdan sonra qan şəkərinin normal dəyəri 100-110 mq/dl olmalıdır.
Qandakı yüksək şəkər səviyyəsinə nəzarət edilməzsə və yüksəlmə davamlı olaraq baş verərsə, daxili orqanların ciddi struktur zədələnməsinə səbəb olur. Yüksək qan şəkəri ilə əlaqəli diabet simptomları diabetin klassik 3P simptomları adlanır. Bu, polidipsiya (həddindən artıq susuzluq və su içmək istəyi, maye qəbulunun əhəmiyyətli dərəcədə artması), poliuriya (çox tez-tez sidiyə getmə) və polifagiyadır (çox yemək istəyi, iştahanın artması).
Bunlara əlavə olaraq, digər ümumi diabet simptomlarına yorğunluq və zəiflik, ağızda quruluq, tez-tez yaranan aclıq hissi, səbəbsiz çəki itkisi, bulanıq görmə daxildir.
 
X.Qurbanzadə bədən Kütləvi İndeksi (BKİ) 25 kq/m2) və daha yuxarı olan insanlarda şəkərli diabetə tutulma ehtimalının normal insanlardan 5 dəfə çox olduğunu qeyd edib:

"Birinci dərəcəli qohumlarında (ana, ata, qardaş kimi) şəkərli diabet olanlar; YSLP xolesterolun miqdarı < 35 mq/dl (0.90 mmol/l) və/və ya triqliseridlərin miqdarı > 250 mq/dl (2.82 mmol/l); Polikistoz yumurtalıqlar sindromu (PKYS) olan qadınlar; ürək-damar xəstəliyi olanlar; yüksək qan təzyiqi olanlar; əvvəllər gizli şəkər diaqnozu qoyulmuş şəxslər yüksək risk qrupunda hesab olunur”.

Həkim qanda şəkərin ölçülməsi tezliyinin diabet xəstəsinin ehtiyacları ilə müəyyən edildiyini, insulindən istifadə edən 1-ci tip diabet xəstələri gündə ən azı 4 dəfə ölçməli və əvvəlki ölçmənin nəticələrinə uyğun olaraq insulin dozasını və yemək planlarını tərtib etməli olduqlarını bildirib:

"İnsulindən istifadə etməyən 2-ci tip diabetli xəstələrdə gün ərzində qan şəkərinin dəyişməsi daha az olur, buna görə də Tip 2 diabet xəstələri adətən Tip 1 diabet xəstələri kimi qan şəkərini ölçməyə ehtiyac duymurlar. Bu xəstələrdə yeni müalicəyə keçərkən, dozanı tənzimləyərkən və həyat tərzində əhəmiyyətli dəyişiklik edərkən tez-tez ölçmə aparılmalıdır. Bu hallarda, səhər yeməyindən əvvəl və axşam yeməyindən əvvəl gündə iki ölçmə kifayət edəcəkdir”.

X.Qurbanzadə 2020-ci ildəki statistikasına görə, tibb müəssisələrində qeydiyyatda olan şəkər xəstələrin sayının 287 min 466 nəfər olduğunu bildirib. Bundan əlavə, həkim- endorkrinoloq şəkərli diabet xəstələrinin mütləq qaydada COVID-19 peyvəndi vurdurmalı olduğunu qeyd edib.
 
"Modern"

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azad edilmiş ərazilərə köçürülən sakinlərdən 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərə köçürülən sakinlərdən 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol