• $
  • €
  • ₽
  • ₺
  • £

Tələbə təqaüdləri ilə bağlı qaydalar niyə dəyişib? - Açıqlama

Tələbə təqaüdləri ilə bağlı qaydalar niyə dəyişib? - Açıqlama
15.11.2021 19:52
Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin, həmçinin, Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin tələbələrinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydasında dəyişiklik edilib.

Anews.az  xəbər verir ki, dəyişikliklə bağlı Nazirlər Kabineti açıqlama yayıb.

Bildirilib ki, tələbələrin maddi vəziyyətlərinin, sosial rifahının yaxşılaşdırılması peşə təhsili və təliminin inkişafında rol oynayan əsas amillərdən biridir.

Hazırda peşə təhsilini seçən tələbələrin böyük əksəriyyəti peşə təhsili və təlimi sisteminin təklif etdiyi müvafiq imkanlardan faydalanırlar.
Belə ki, dövlət hesabına təhsil alan peşə təhsili müəssisələrinin tələbələri təqaüdlə təmin edilirlər. Lakin bu təqaüd nəticələrə əsaslanmır və təqaüdün verilməsi üçün yalnız tələbənin qeydiyyatdan keçməsi kifayət edir.
Buna görə də dövlət büdcəsi hesabına təqaüdlərin verilməsinin peşə təhsili sisteminin inkişafına təsirinin artırılması məqsədilə nəticələrə əsaslanan təqaüd sisteminin qurulması vacibdir.
Bununla əlaqədar peşə təhsili sahəsində nəticələrə əsaslanan təqaüd sisteminin qurulması və peşə təhsili müəssisələrində əyani təhsil alan tələbələrə təqaüdlərin onların qiymətləndirmə (yarımil) nəticələrinə görə verilməsinin tənzimlənməsi məqsədilə "Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş "Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin tələbələrinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qeyd olunan Qərarı qəbul edilib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol