Ağdamda minaya düşən şəxsdən XƏBƏR VAR

Ağdamda minaya düşən şəxsin meyiti ərazidən götürüb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı bildirib.
Onun sözlərinə görə, noyabrın 15-də Ağdam rayonunun Tağıbəyli kəndi ərazisində piyada əleyhinə minaya düşərək həlak olan Ağdam sakini Zaur Ağayevin meyitinin ərazidən götürülməsi üçün müvafiq qurumların əməkdaşları tərəfindən intensiv tədbirlər keçirilib.
www.anews.az
Son xəbərlər 
Daha çox 























