• $
  • €
  • ₽
  • ₺
  • £

Təhsil Nazirliyi bu məsələ ilə bağlı operativ qrup yaradıb

Təhsil Nazirliyi bu məsələ ilə bağlı operativ qrup yaradıb
16.11.2021 12:39
Payız-qış mövsümü ilə əlaqədar noyabrın 1-dən respublikanın dağ və dağətəyi ərazilərində, 15-dən isə digər bölgələrdə yerləşən ümumi təhsil müəssisələrinin istiliklə təmin olunması prosesinə başlanılıb.

Təhsil Nazirliyindən verilən məlumata görə, ölkə ərazisində ümumtəhsil məktəblərinin istiliklə təminatında yarana biləcək məsələlərin araşdırılması və həlli üçün nazirlikdə operativ informasiya qrupu yaradılıb.

Qeyd olunub ki, bu qrup məktəblərin istiliklə təchizatında qeydə alınan məsələlərlə məşğul olacaq: "Nazirliyin 146-1 və Bakı şəhəri üzrə Təhsil İdarəsinin 146-5 Çağrı Mərkəzləri ilə əlaqə yaratmaqla və yaxud qurumun rəsmi "Whatsapp” xidmətinə (051 206 78 48) yazmaqla operativ qruplara müraciətləri yönləndirmək mümkündür".

Qeyd edək ki, ölkə ərazisində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin 62 faizində istilik mərkəzləşdirilmiş qaydada, digər hissəsində isə müxtəlif vasitələrlə(odun, dizel, elektrik radiatoru) təmin olunur.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol