• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda uşaqların sayı azalır

Azərbaycanda uşaqların sayı azalır
22.11.2021 09:31
2020-ci ildə Azərbaycanda doğulan körpələrin sayı 127 min nəfərə yaxın olub. Bu  son 17 ilin statistikasına görə ən aşağı göstəricidir. Bunu iqtisadçı Samir Əliyev bildirib.  

Onun sözlərinə görə, Azərbaycanda 1970-ci ildə 151 minə yaxın körpə dünyaya gəlib. 1990-cı ildə bu rəqəm  183 min nəfərə qədər yüksəlib.   1970-ci ildə ölkə əhalisinin sayı 5.1 milyon, 1990-cı ildə 7.1 milyon, 2020-ci ildə isə 10,1 milyon nəfərə yaxın olub. Son 50 ildə əhali sayı 2 dəfə artsa da doğum  hətta azalıb.
 
Bəs aşağı göstəricinin səbəbi nədir? 

Məsələ ilə bağlı Sağlam Cəmiyyət Hərakatının rəhbəri, sosioloq Lalə Mehralı Anews.az-a bildirir  ki, İnsanlar ailə tərkibinin çoxalmasını istəmir. Buna səbəb isə  sosial problemlərin çoxalması, iqtisadi gücün zəifləməsi, ailəyə daxil olan gəlirlərin ciddi formada azalmasıdır. Bu amillər ailələri ikinci dəfə düşünməyə vadar edir.

''Biz son iki ildə bunun dəqiq şahidi olduq ki, demoqrafiq təhlükənin astanasındayıq. Amma çox təssüf ki, rəsmi formada açıqlanmadı və bununla bağlı tədbir görülmədi.  Pandemiyanın təhlükəsi daha çox demoqrafik artıma öz təsirini göstərdi. Əvvəl də çox uşaqlılq tərəfdarı olmamışıq, amma yenədə ən azı iki uşaq sahibi olan ailələrimiz üstünlük təşkil edirdi. Amma son illərdə müşahidə edirik ki, ailələr 1 uşaqla kifayətlənməyə çalışırlar. Çünki uşağın ehtiyaclarının ödəyə bilməməkdən, lazımi  təminatı verə bilməməkdən, geyim, qida və s. uşağı mükəmməl böyütmə istəyən ailələrin tərəddütünü görürük. Bundan başqa ölkəmizdə  artıq cirtdan ailə (ata, ana və bir uşaq) modelinin təhlükələri  sezilməkdədir. Əvvəllər bununla bağlı açıqlamalar verilirdi ki, bu təhlükə bizdə yoxdur, bizim mental  dəyərlərimiz, adət-ənənələrimiz iki uşaqdan aza icazə vermir. Amma artıq maddi problemlər öz təsirini göstərir '' -, deyə sosioloq bildirib.

Sosioloq Sahib Məmmədov anews.az-a açıqlamasında bildirib ki, ümumiyyətlə, Azərbaycanda demoqrafik  böhran yoxdu. 

"Azərbaycanda  yeganə təhlükə əhalinin cins tərkibinin dəyişməsidir. Bu abortların nəticəsi olaraq, qız uşaqlarının dünyaya gəlməsinin qarşısının alınmasıdır. Azərbaycan ötən ilin göstəricilərinə görə bütün avropa ölkələrində 1000 nəfərə düşən əhali artımına görə ən qabaqcıl olan ölkələr sırasındadır. Hər 1000 nəfərə 8,4 nəfər  düşür. Müqayisə üçün desək, Rusiyada bu sıfıra bərabərdir. Region ölkələrində ən çox əhali sıxlığı Azərbaycan hesab olunur. Belə ki, işğaldan azad olunan ərazilərlə birlikdə təxminən hər kvadrata 120 nəfər düşür, qonşu ölkələrdə isə Rusiyada 8,5 nəfər, Qazaxıstanda 6,2 nəfər təşkil edir. Bu baxımdan demoqrafik göstəricidən danışmaq olmaz. Qabaqlayıcı tədbir kimi abortların qarşısını almalı, əhalinin cins tərkibinin kəskin dəyişməsinə  imkan verməməliyik. Azərbaycanda əhalinin 64%-i  əmək qabiliyyətinə sahib insanlardır. Yalnız 4%-i 70 yaşdan yuxarı insanlar təşkil edir. İtaliyada isə 22% təşkil edir.  Azərbaycan ən cavan əhalisi olan, ölkələrdən biri hesab etmək olar. Bu da doğuşun yüksək həddə olmasıdır. Əhalinin cins tərkibinin dəyişməsi demoqrafik vəziyyətə təsir edə bilər. Əhali artımında nisbi azalma abortlarla bərabər, ailələr çox uşaq istəmir, çətin iqtisadi-sosial vəziyyət, pandemiyanı da bura daxil etmək olar. Bunlar heç bir halda demoqrafik böhran deyil", - deyə ekspert vurğulayır. 
 
Aytac Zeynalova

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol