Məktəbli güllələnərək öldürüldü

Mingəçevirdə orta məktəb şagirdi güllələnib.
Anews.az Unikal.org-a istinadən xəbər verir ki, hadisə şəhərin "Energetiklər" yaşayış massivində məcburi köçkünlərin məskunlaşdığı "Yeni həyat" qəsəbəsində qeydə alınıb.
Belə ki, qəsəbə sakini əvvəllər məhkum olunmuş təxminən 40 yaşlarında olan Əlvan adlı şəxs odlu silahdan qəsəbənin digər sakini orta məktəb şagirdi K.O.-ya atış açıb.
O, təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
www.anews.az
























