Sabirabadda yük avtomobilləri toqquşub - Xəsarət alan var

Sabirabdda iki yük avtomobili toqquşub.
Hadisə Sabirabadın Qaratəpə kəndi ərazisində baş verib.
"KamAZ” markalı avtomobil qarşıda gedən eyni markalı yük avtomobilinə çırpılıb.
Nəticədə yük avtomobillərindən birinin sürücüsü, Ağcabədinin Rəncbərlər kənd sakini, 22 yaşlı Rauf Hacıyev Adıgözəl oğlu sınıq xəsarətləri ilə Şirvan şəhər Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
www.anews.az
Son xəbərlər 
Daha çox 























