• $
  • €
  • ₽
  • ₺
  • £

4 nəfərin ölümündə ittiham edilən şəxsə bəraət verildi

4 nəfərin ölümündə ittiham edilən şəxsə bəraət verildi
24.11.2021 16:09
Ali Məhkəmə 4 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə təqsirləndirilən Mais Mustafayev barəsində bəraət hökmü çıxarıb.

Anews.az "qafqazinfo"ya istinadla xəbər verir ki, Əziz Seyidovun sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı və ölən şəxslərin hüquqi varislərinin verdiyi kassasiya protesti və kassasiya şikayətinə baxılıb.

Təqsirləndirilənin vəkili Əli Hüseynovun sözlərinə görə, Ali Məhkəmə şikayəti təmin etməyib və Şəki Apellyasiya Məhkəməsinin bəraət hökmü qüvvədə saxlanılıb.

2018-ci il iyunun 30-da Yevlax rayonu ərazisində Abşeron rayon sakini Allahverdi Məmmədovun idarə etdiyi "Hovo” markalı yük avtomobili ilə Bakı şəhər sakini Mais Mustafayevin idarə etdiyi "Mercedes Sprinter” markalı mikroavtobus toqquşub.

Nəticədə M.Mustafayevin sərnişinlərindən, biri azyaşlı olmaqla, ümumilikdə 4 sərnişin hadisə yerində ölüb. Şəmkir rayon sakinləri Samirə Musayeva, 12 yaşlı Emil Abdullayev və Abşeron rayon sakini Ziyafət Ələsgərova hadisə yerində həlak olub.

İtihama əsasən, Mayis Mustafayev qəza zamanı yük avtomobilindən kifayət qədər ara məsafəsi olmasına baxmayaraq, qəzanın qarşısını almaq üçün manevr etməyib. Məhkəmədə ittiham təsdiqini tapmayıb. Məlum olub ki, yük maşını yolun ortasındakı yaşıllıq zolağı keçərək "Mercedes"in yoluna çıxması nəticəsində qəza baş verib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol