Təmizlik işçisini maşın vurdu

Yevlaxda təmizlik işçisini maşın vurub.
www.anews.az
Sözügedən hadisə rayonun Heydər Əliyev prospektində baş verib. Belə ki, yolda təmizlik işi ilə məşğul olan 1957-ci il təvəllüdlü şəhər sakini Bədəlova Solmaz İrşad qızını avtomobil vuraraq xəsarət yetirib.
Yaralı qadın xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
www.anews.az
























