• $
  • €
  • ₽
  • ₺
  • £

“Karabakh Memorial” internet-resursunun təqdimat mərasimi keçirilib

“Karabakh Memorial” internet-resursunun təqdimat mərasimi keçirilib
25.11.2021 22:07
Qarabağ Dirçəliş Fondu 25 noyabr 2021-ci il tarixində 44 günlük Vətən müharibəsində Ermənistan Silahlı Qüvvələrinin döyüş bölgələrindən uzaq məsafədə yerləşən şəhər və qəsəbələrimizdə yaşayan dinc əhaliyə qarşı tətbiq etdiyi hərbi cinayətlər nəticəsində həlak olan mülki əhalinin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılan "Karabakh Memorial” internet-resursunun təqdimatını edib.

Tədbir erməni terroru nəticəsində həlak olan azyaşlıların ailə üzvlərinin iştirakı ilə keçirilib.

"Karabakh.Center” layihəsi çərçivəsində Qarabağ Dirçəliş Fondu (QDF) tərəfindən yaradılan "Karabakh Memorial” internet-resursu Vətən müharibəsi zamanı beynəlxalq humanitar hüququn norma və prinsiplərinə məhəl qoymayan Ermənistan silahlı qüvvələri tərəfindən mülki əhaliyə qarşı törədilən terrorun nəticələrini dünya ictimaiyyətinə çatdırmaq məqsədi daşıyır.

Beynəlxalq humanitar hüquqa görə, müharibədə iştirak etməyənə qarşı silah işlədilməsi qadağan hesab edilsə də, erməni terroru nəticəsində dinc əhali həyatını itirdi, insan tələfatı ilə yanaşı, on minlərlə yaşayış və qeyri-yaşayış binasına külli miqdarda ziyan dəydi, yüzlərlə avtomobil və mindən çox təsərrüfat yararsız vəziyyətə salındı.

"Karabakh Memorial” layihəsində "Azyaşlı qurbanlar”, Təcavüzün mülki qurbanları”, "Erməni hücumlarının hədəfləri” bölmələri və terror nəticəsində həlak olan 12 azyaşlının hekayəsi 3 dildə yer alıb.

"Karabakh Memorial” layihəsinin təqdimatında QDF-in İdarə Heyətinin sədri Rəhman Hacıyev, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Milli Məclisin deputatı Müşfiq Cəfərov, Azərbaycan Respublikasının Xarici İşlər nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva çıxış edib.
27 sentyabr 2020-ci il tarixindən 10 noyabr 2020-ci il tarixinədək Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi cinayətlər nəticəsində 12-si uşaq olmaqla 93 nəfər həlak olub, 454 nəfər yaralanıb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol