• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan nümayəndəsi Avropa Şurası Ekspertlər Komitəsinin rəhbərliyinə seçilib

Azərbaycan nümayəndəsi Avropa Şurası Ekspertlər Komitəsinin rəhbərliyinə seçilib
25.11.2021 22:26
 Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda cinayətkarlığa qarşı qəti mübarizə aparılır, bu sahədə beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verilir, o cümlədən Avropa Şurasının Cinayət məsələlərində əməkdaşlığa dair Avropa Konvensiyalarının (ekstradisiya, cinayət işləri üzrə hüquqi yardım, məhkumların verilməsi və s. haqqında) icrası üzrə Ekspertlər Komitəsinin (PC-OC) işində yaxından iştirak edilir.

Qırx ildir fəaliyyət göstərən, Avropa Şurasının bütün 47 üzv dövlətinin, eyni zamanda müşahidəçi olan ABŞ, Meksika, Çili, İsrail, Koreyanın və beynəlxalq təşkilatların ekspertlərinin bir araya gəldiyi Ekspertlər Komitəsi cinayət işlərində əməkdaşlıq məsələlərini tənzimləyir, təcrübə mübadiləsi aparır, Avropa konvensiyalarının tətbiqi zamanı rast gəlinən praktiki problemlərin həllinə və yeni tendensiyalara dair standartlar işləyib hazırlayır və onları qəbul etmək üçün Nazirlər Komitəsinə təqdim edir.

Azərbaycan Ekspertlər Komitəsində fəal təmsil olunaraq bu sahədə səlahiyyətli orqan olan Ədliyyə Nazirliyinin nümayəndəsi Komitənin üzvü kimi onun işinin təkmilləşdirilməsinə və əməkdaşlığın inkişaf etdirilməsinə dair təşəbbüslər irəli sürür, Komitənin tədbirlərində məruzəçi qismində çıxışlar edir, qurum tərəfindən sənədlərin hazırlanması, həmçinin onların bəzilərinin Azərbaycan dilinə tərcümə olunmasında, eləcə də işçi qruplarda yaxından iştirak edir.
Ekspertlər Komitəsinin bu günlərdə Strasburqda hibrid formatda keçirilmiş 80-cı plenar iclasında Avropa konvensiyalarının və Avropa Məhkəməsinin presedentlərinin tətbiqi üzrə yeniliklər, Avropa İttifaqı Prokurorluq Ofisi (EPPO) ilə əməkdaşlıq və digər məsələlər müzakirə olunub, Komitənin Azərbaycandan olan üzvü, Ədliyyə Nazirliyinin məsul əməkdaşı Adil Əbilov tərəfindən aidiyyəti təkliflər irəli sürülərək onlar qəbul olunub. Eyni zamanda Böyük Britaniya, ABŞ və Almaniya nümayəndələri ilə görüşlər keçirilərək ekstradisiya və hüquqi yardımla bağlı konkret işlər üzrə müzakirələr aparılıb.

Tədbir çərçivəsində PC-OC-un rəhbərliyinə yeni seçkilər keçirilib. Komitənin sədri vəzifəsinə 10 ildən çox qurumun rəhbərliyində təmsil olunan Portuqaliyanın nümayəndəsi seçilib. Azərbaycanın Komitədə səmərəli təmsilçiliyi və verdiyi dəyərli töhfələr nəzərə alınaraq, nazirliyin Beynəlxalq əməkdaşlıq idarəsinin rəisi A.Əbilov isə PC-OC-un sədr müavini vəzifəsinə seçilib.
Respublikamızın belə bir mühüm qurumun rəhbərliyində təmsil olunması dövlətimizin beynəlxalq aləmdə nüfuzunun daha bir əyani təzahürüdür.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol