• $
  • €
  • ₽
  • ₺
  • £

MEDİA “Sərhədsiz Reportyorlar” təşkilatına məktub ünvanlayıb

MEDİA “Sərhədsiz Reportyorlar” təşkilatına məktub ünvanlayıb
29.11.2021 17:17
29 sentyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və "ADA” Universitetinin İxtisasartırma Proqramlarının birgə
təşkilatçılığı ilə "New Media” gənc jurnalistlər üçün nəzəri və praktiki biliklər üzrə seminarlar başlayıb. Proqramın açılış mərasimində çıxış edən ADA Universitetinin prorektor müavini Aygün Hacıyeva bildirib ki, "İxtisasartırma proqramları 2007-2021-ci illəri əhatə edən müddət ərzində 6000-dək diplomat və müxtəlif dövlət qurumlarımı təmsil edən peşəkarlar üçün təlim proqramları və seminarlar təşkil edib. Diqqətə çatdırılıb ki, bu gündən etibarən başlayan və bilavasitə tələbələr üçün nəzərdə tutulan proqram ərzində ADA Universitetinin professor-müəllim heyəti iştirakçılara yalnız nəzəri deyil, eyni zamanda
praktiki bacarıqlar da ötürəcəklər.

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov vurğulayıb ki,media sahəsində həyata keçirilən islahatların əsas istiqamətləri normativ hüquqi bazanın yenilənməsi və təkmilləşdirilməsi, media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin, istifadəçilərin media savadlılığının artırılmasıdır. Qeyd olunub ki, seminarların təşkilində əsas məqsəd bu sahəyə gələn yeni mütəxəssislərin
peşə bilik və bacarıqlarının təkmilləşdirilməsidir. Sonra ADA Universitetinin Proqram administratoru Sona Əliyeva isə iştirakçıları proqram qaydaları ilə tanış edib.

Silsilə seminarların ilk günündə ADA Universitetinin İctimai və Beynəlxlaq münasibətlər məktəbinin müəllimi Şəfəq Mehrəliyeva "Müasir media mühitinə
baxış”, "Jurnalist missiyası” mövzularında çıxış edib. Qeyd edək ki, "Yeni qabiliyyətlər, həmin dəyərlər” başlığı altında keçirilən silsilə seminarlarda Media İnkişafı Agentliyinin "MEDİA Konüllüləri”  proqramının fəalları arasından seçilən 17 namizəd müasir media mühiti,
jurnalist dəyərləri, peşə etikası və davranış qaydaları, o cümlədən Azərbaycana dair fundamental mövzular (Azərbaycan – Ermənistan münasibətlərinin keçmişi, gələcəyi; tarixi Zəfərimizin milli və regional miqyasda təsiri; Cənubi Qafqazın geosiyasəti; Xəzər hövzəsinin təbii ehtiyatlarının qlobal əhəmiyyəti və s.) üzrə nəzəri biliklər əldə edəcəklər.

Həftəlik seminarlarda iştirakçılar jurnalist peşəsində lazımlı olan ünsiyyət bacarıqları, protokol və etiket, vaxtın və stresin idarəedilməsi kimi qabiliyyətlər inkişaf etdirəcəklər. Eyni zamanda, peşəkar xəbər istehsalı mühitində işlək qabiliyyətləri aşılamaq üçün gənc jurnalistlər müəllimlərinin bələdçiliyi ilə qrup
şəklində şərti adı "İnfromasiya siyasətinin Ali Baş Komandanı” olan 15 dəq film üzərində işləyəcəklər. Təlim proqramını bitirdikdən sonra seminar
məzunlarının Medianın İnkişafı Agentliyinin tövsiyyəsi ilə ölkənin müxətlif media subyektlərində ilkin mərhələdə təcrübə proqramına, daha sonra isə
məşğulluğa başlayacaqları gözlənilir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol