• $
  • €
  • ₽
  • ₺
  • £

Zəfər Amnistisiyası Saleh Rüstəmova da tətbiq edilə bilər

Zəfər Amnistisiyası Saleh Rüstəmova da tətbiq edilə bilər
29.11.2021 18:26
Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri, deputat Zahid Oruc bir neçə gündür Penitensiar Xidmətin 13 saylı Cəzaçəkmə müəssisəsində aclıq aksiyası keçirən Gədəbəyin sabiq icra başçısı Saleh Rüstəmovdan danışıb.
 
Zahid Oruc bildirib ki, Saleh Rüstəmovla bağlı müxtəlif təşkilatlardan 3-cü sektor təmsilçilərindən müraciətlər alıb. Onun ətrafında gedən kampaniyanın ölkə xaricinə çıxarılması və ölkəmizin əleyhinə son həftələrdə daha da intensivliklə aparıldığını yaxşı görürük. Bir sıra əcnəbi media platformaları, sosial şəbəkələr hakimiyyətin həyata keçirdiyi hüquqi tədbirləri, əfv və amnistiya qərarlarını belə hadisələr vasitəsilə təsirsiz etməyə, Vətən müharibəsindən sonrakı gündəliyi dəyişdirməyə, Azərbaycanın beynəlxalq hesabatlardakı tənqidini daha da kəskinləşdirməyə çalışırlar. Halbuki istənilən şəxslə bağlı həm hüquq-mühafizə və məhkəmə orqanları, eləcə də müvafiq hakimiyyət təmsilçiləri ilə görüşmək, danışmaq olardı.
 
Saleh Rüstəmovun aclıq aksiyası təəssüf doğurur və onun özünə qarşı belə qəddar hərəkətini kənardan daha çox stimullaşdıranlar bir şəxsin iztirabı hesabına siyasi istismarçılıq edirlər. Hərçənd onun əməli dövlət və şəxsiyyət əleyhinə olmadığından hazırda Zəfər amnistisiyasının yaşadığımız günlərdə sözügedən şəxsə də şamil olunması ilə bağlı müvafiq dövlət qurumları ilə danışmaq olardı.

Komitə sədri kimi bizə edilən müraciətlər çərçivəsində belə müzakirələri aparacağıq. Bizim üçün ən əhəmiyyətli məsələ fərdi məsələlərin ölkə sərhədlərindən kənarda müzakirə edilməməsi, xarici təzyiq silahına çevrilməməsidir".
 
Saleh Rüstəmov I Qarabağ Müharibəsinin iştirakçısı olub. Gədəbəy rayonunun erməni təcavüzkarlarından təmizlənməsində və uğurlu Başkənd əməliyyatında fəal iştirak edib. Bir müddətdir Rusiyada yaşayan Saleh Rüstəmov 2018-ci ildə Bakıya gələn zaman həbs edilib və narkotik maddələri saxlamaqda ittiham edilib. Sonradan cinayət işinə əlavə edilən başqa ittihamlara əsasən Saleh Rüstəmov Rusiyada qeyri-qanuni sahibkarlıqla məşğul olub, gəlirlərini dövlətdən gizlədib.
 
10 gün qabaq bir qrup QHT və media rəhbərləri, hüquq müdafiəçiləri Saleh Rüstəmovla bağlı Prezidentə müraciət ediblər.  Onun səhhətində ciddi problemlər yaranıb. Onlar dövlət başçısından Saleh Rüstəmovun cəzasının qalan hissəsini çəkməkdən azad edilməsi ilə bağlı xahiş ediblər.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol