• $
  • €
  • ₽
  • ₺
  • £

“Köçürülən 600 min manatı Şamxal Həsənliyə vermişəm”

“Köçürülən 600 min manatı Şamxal Həsənliyə vermişəm”
30.11.2021 18:16
Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərlinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Qafqazinfo” xəbər verir ki, prosesdə şahidlər dindirilməsi mərhələsi başa çatıb.

Ümumilikdə beş şahid dinlənilib.  Bir şahidin isə ifadəsi elan olunub.

Şahidlərdən Kəmaləddin Abdullayev bildirib ki, Vüqar Səfərlini və digər təqsirləndirilən şəxslərdən bir neçəsini tanıyır:
"Mən "Portos” MMC-də baş mühasib işləmişəm. Pul köçürmələrini həyata keçirmişəm. Bir dəfə köçürülən 600 min manatı təsisçinin nümayəndəsi Şamxal Həsənliyə vermişəm. Bir dəfə də Gülər Vəliyevaya 580 min manat”.
Qeyd edək ki, "Portos” MMC KİVDF tərəfindən jurnalistlər üçün tikilən iki binanın inşasını reallaşdırıb.
Prosesdə "jurnalistlər binaları”nın tikintisi ilə bağlı ekspertiza rəyi də elan olunub.

Daha sonra Əli Həsənovun oğlu Şamxal Həsənli və baldızı Gülər Vəliyevanın məhkəməyə şahid kimi dəvət olunması ilə bağlı vəsatətə baxılıb. Hakimlər vəsatəti təmin etməyiblər.
Cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Proses dekabrın 2-də davam etdiriləcək.

Növbəti prosesdə dövlət ittihamçısı və vəkillər çıxış edəcəyi gözlənilir.
Qeyd edək ki, V.Səfərli və digər təqsirləndirilən şəxslərin 18 milyon 500 min manat məbləğində pul vəsaitinin mənimsəmə və israf etmə yolu ilə talanmasına, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törədilməsinə, habelə cinayət yolu ilə əldə edilmiş 5 milyon 700 min manat pul vəsaitinin leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
Cinayət işi üzrə Medianın İnkişafı Agentliyi (MEDİA) zərərçəkmiş qismində tanınıb.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol